Xəbər lenti
Bundan sonra da ölkəmiz ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına qarşı mübarizə aparmağa davam edəckdir
Müşfiq Məmmədli,
Milli Məclisin üzvüBildiyimiz kimi, Qoşulmama Hərəkatı (QH) Soyuq Müharibə dövründə bir sıra dövlətlərin iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis olunub.
Təşkilatın hazırda 120 üzvü var. Eyni zamanda 17 müşahidəçi dövlət və 10 müşahidəçi beynəlxalq təşkilat da var. Qurumda idarəçilik rotasiya əsasında dəyişir. Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına üzv qəbul olunub. 2019-2022ci illər üçün QH-na sədrlik Azərbaycan Respublikasına keçdi və daha sonra bu təşkilata sədrlik 2023-cü ilin sonunadək uzadıldı.
Azərbaycan təşkilata sədrlik etdiyi dövrdə "Bandunq prinsiplərini" əsas götürəcəyini bəyan etmişdir. Ölkəmizin qoşulmama Hərəkatına sədrliyi pandemiya şəraiti ilə üst-üstə düşməsinə rəğmən Azərbaycan bu vəzifənin də öhdəsindən məharətlə gəlməyi bacardı. Ölkərə tibbi və humanitar yardımla bağlı hazırlanmış məlumat bazası Ümundünya Səhiyyə təşkilatı tərəfindən geniş istifadə olunmuşdur. Bundan əlavə cənab prezident İlham Əliyevin göstərişi ilə 80-dən çox ölkəyə humnitar və tibbi yardım edilmiş, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları ianə verilmişdir. Peyvəöndlərin dövlətlər arasında ədalətli və bərabər şəkildə tədarük edilməsində göstərdiyi səylər BMT tərəfindən dəstəklənmiş və yüksək qiymətləndirilmişdir. Azərbaycan dövləti bundan sonra da ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrıseçkiliyə qarşı mübarizə aparmağa davam edəckdir. 30 il boyunca torpaqları işğal altında qalan, beynəlxalq hüquqları ədalətsiz bir şəkildə tapdalanan Azərbaycan dövləti torpaqlarını beynəlxalq hüquq normaları çərçivəsində azad etməyə çalışdı. Lakin nə Ermənistan BMT-nin qəbul etdiyi beş qətnaməni yerinə yetirdi, nə də bəzi dünya dövlətləri Azərbaycanın haqlı savaşında ona dəstək oldu. Azərbaycan öz gücü ilə işğala son verərək torpaqlarını azad etdi və nəinki öz hüquqlarının bərpasında, eyni zamanda beynəlxalq hüququn qələbə çalmasında mühüm rol oynadı. Dünya dövlətlərinin göz yumduğu, son verə bilmədikləri işğalı Azərbaycan dövləti cənab ali Baş Komandan İlham Əliyevin başçılığı ilə bitirdi və regionda, bütün Qafqazda sülhün yenidən bərqərar olması üçün, Qafqaz dövlətlərinin inkişaf etmələri üçün böyük imkanlar açdı.
Torpaqlarımızın işğalına son verən Vətən övladlarımızın – Şəhidlərimizin ölməz ruhları, Qazilərimizin mərdliyi qarşısında hörmətlə baş əyirik.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar