Xəbər lenti
Azərbaycanda keçmiş prorektor vəfat etdi
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) keçmiş prorektoru, professor İsrayıl Əfəndiyev vəfat edib.
Manevr.az-ın “Report”a istinadən verdiyi məlumata görə, o, 72 yaşında dünyasını dəyişib.
İ.Əfəndiyev ADNSU-nun İdarəetmə və sistemlər mühəndisliyi kafedrasının professoru idi.
Qeyd edək ki, Əfəndiyev İsrayıl Rüstəm oğlu 1945-ci il mart ayının 29-da Qazax rayonunun Sadıxlı kəndində anadan olub. O, 1969- cu ildə ADNSU-nu “Texnoloji proseslərin və istehsalatların avtomatlaşdırılması” ixtisası üzrə bitirib və həmin ildən etibarən universitetdə işləməyə başlayıb. 1988- ci ildən professordur. İ.Əfəndiyev ADNA-nın “İstehsal proseslərinin avtomatlaşdırılması” kafedrasının müdiri olub. 1993-1997-ci illərdə ADNSU-nun elmi hissə üzrə prorektoru vəzifəsində işləyib və 1995- ci ildən Akademiya nəzdində Respublika Nazirlər Kabinetinin qərarı ilə yaradılan “İdarəetmə Proseslərinin Avtomatlaşdırılması” Elmi-Tədqiqat İnstitutunun direktoru olub.
Professor İ.Əfəndiyevin aldığı elmi nəticələr əsasında Azərbaycanın neftçıxarma, neftemalı və neftkimya sənaye sahələrində onlarla orijinal idarəetmə sistemləri və unikal avtomatlaşdırma vasitələri yaradılıb və tətbiq edilib.
O, 1993- cü ildən Təhsil Nazirliyinin “Avtomatika və robototexnika” Elmi-Metodik Şurasının sədri, 2003-2009- cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın “İnformatika və Energetika” elm sahələri üzrə Ekspert Şurasının üzvü və sədri, doktorluq dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış Şuranın üzvü olub.
Professor həmçinin Azərbaycan Milli Ensiklopediyasının məsləhətçisi işləyib. O, 2010- cu ildə Azərbaycan Prezidentinin fərmanı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar