Xəbər lenti
Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib

Prezident İlham Əliyevin məcburi köçkünlərə daim diqqət və qayğı göstərdiyi, artıq onların doğma yurda qayıdışına hazırlıq görüldüyü, azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirlərinin görüldüyü, infrastruktur layihələrinin icra edildiyi, yeni yaşayış sahələrinin inşa olunduğu, bərpa və yenidənqurma işlərinin aparıldığı diqqətə çatdırılıb. Qeyd olunub ki, Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərlə bağlı məsələlərin həllini nəzarətdə saxlayır, onların müraciətlərinə xüsusi həssaslıqla yanaşır.
Komitə sədrinin fərdi qaydada qəbul etdiyi vətəndaşların əksəriyyətini məcburi köçkünlər təşkil edib. Onların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub. Vurğulanıb ki, məcburi köçkünlər üçün mənzillər bundan sonra yalnız işğaldan azad edilmiş ərazilərdə tikiləcək. İşğaldan azad olunmuş şəhər və rayonların bir çoxunun Baş Planı artıq təsdiq edilib, bərpa-yenidənqurma işləri sürətlə həyata keçirilir.
Vətəndaşlara bildirilib ki, müraciətləri və qaldırdıqları məsələlər araşdırılacaq, qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.
Manevr.az


Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar