Xəbər lenti
Aqil Məmmədov: “Ordumuzun gücü 44 günlük müharibədə bilindi” - ŞƏKİLLƏR
“Sizi 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hərbçilərimizə Azərbaycanın müdafiə qüdrətinin daha da artırılması naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram”.
Manevr.az xəbər verir ki, bu sözləri kəlbəcərli qazilər, veteranlar və şəhid ailələri ilə görüş zamanı Milli Məclisin Kəlbəcər rayonundan olan deputatı Aqil Məmmədov deyib. Aqil Məmmədov Ali Baş Komandanın güclü siyasəti, ordumuzun gücü nəticəsində 44 günlük müharibədən qalib xalq kimi ayrıldığımızı və bütün dünyaya Azərbaycan ordusunun gücünü göstərdiyini deyib
“Hərb tariximizin şanlı səhifəsi sayılan 103 illiyini təntənə ilə qeyd etdiyimiz Azərbaycan Ordusunda vahid komandanlığın yaradılması, ordumuzun nizami ordu kimi formalaşması və hərbi quruculuq məsələlərinin prioritet məsələ kimi irəli sürülməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin bu istiqamətdə atdığı addımların nəticəsidir.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı başlayan əks-hücum əməliyyatlarında - 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımızı azad etdi. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. İşğaldan azad olunmuş tarixi torpaqlarımızda bu gün üçrəngli bayrağımız əzəmətlə dalğalanır”. Tədbirdə çıxış edən qazilər, veteranlar, şəhid yaxınları, ziyalılar 26 İyun Silahlı Qüvvələr Günü ilə bağlı fikirlərini bildiriblər.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar