Xəbər lenti
Azərbaycan Silahlı Qüvvələr Günüdür
Bu gün Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur.
104 illik tarixə malik olan ordumuzun quruculuğunun əsası 1918-ci ilə təsadüf edir. Həmin il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra təşkil olunan ilk hökumət kabinetinin tərkibində Hərbi Nazirlik də var idi. Azərbaycanın tanınmış ictimai-siyasi xadimi olmuş Xosrov bəy Sultanov isə hərbi nazir vəzifəsinə təyin olundu. Azərbaycanın milli ordu qüvvələrinin əsasını hələ Cümhuriyyətin elan edilməsindən əvvəl yaradılan və general-leytenant Əlağa Şıxlinski tərəfindən rəhbərlik edilən Müsəlman Korpusu təşkil edirdi. 1918-ci il iyun ayının 26-da Müsəlman Korpusunun adı dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırıldı. Həmin gün hazırda Azərbaycan Ordusunun yaradılması günü kimi qeyd edilməkdədir. Dövlətçilikdə varislik anlayışına önəm verən ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə 26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edildi. 104 illik tarixində ordumuz çox sınaqlardan keçdi. 44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun tarixinə qızıl hərflərlə yazıldı. Bayramın mübarək Azərbaycan ordusu! Azərbaycanın müasir tarixinə Zəfər günü bəxş edən ordu! Vətənimizin və Millətimizin gələcəyi üçün savaşan, şəhidlik zirvəsinə ucalan, qazi olan Vətən övladları, bu bayram günündə bir daha qarşınızda sevgi və sayğı ilə baş əyirik!
Müşfiq Məmmədli,
Milli Məclisin deputatı
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar