Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Milli Ordumuz qəhrəmanlıq səhifələri yazıb

Tarix: 26-06-2022 12:28     Baxış: 3413 A- / A+

Azərbaycan Respublikası Silahlı Qüvvələri günü Milli Ordumuzun  yaranma tarixi kimi qeyd edilən rəsmi bayramdır. İllərdən bəri adi qaydada keçirdiyimiz bu bayramı artıq ikinci dəfədir ki, daha böyük ruh yüksəkliyi ilə qeyd edirik. Çünki məhz 2020-ci ilin sentyabrinda başlanan Vətən müharibəsi cəmi 44 gün çəkmiş və rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddət ərzində düşmən tapdağı altında qalan torpaqlarımızı işğaldan azad etmiş, əsgər və zabitlərimiz igidlik və şücaət nümayiş etdirərək qəhrəmanlıq dastanı yaratmışlar. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsindəki şanlı Qələbənin qazanılmasında ordumuz ən müasir silahlardan istifadə etməklə düşmənin hərbi texnikasının böyük hissəsini və xeyli sayda canlı qüvvəsini məhv etmişdir. Şair demişkən, bu barədə danışanda öyünməyə haqqımız var. 
Bildiyimiz kimi, illər ərzində ümummilli lider Heydər Əliyevin əvəzsiz səyləri ilə nizami ordunun yaradılması, bu sahə üçün peşakar kadr hazırlığı istiqamətində əhəmiyyətli və ölçüyəgəlməz tədbirlər görülmüşdür. Yeni əsrdə isə cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu dünyanın ən güclü orduları arasında yer almış və bunun da nəticəsində Vətən müharibəsində parlaq Qələbə qazanılmışdır. 
Dünya bizim sevimli Prezidentimizin böyük sərkərdəlik məharətinə heyranlıq ifadə edir. Azərbaycan xalqını haqq işi uğrunda mübariuzəyə səfərbər edib və tarixi nailiyyət qazanıb.O, eyni zamanda regionda sülh və tərəqqi carçısı kimi tanınır.
Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusunun Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru Qoşunları da layiqli imic qazanmışlar. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir.
Mənim illərcə xidmət etdiyim Sərhəd Qoşunları da Azərbaycanın müdafiə sütunlarından biridir. Ulu öndərin bu barədə fikirləri maraqlıdır: “Sərhəd hər bir müstəqil dövlət üçün çox əzizdir, vacib bir sahədir və təbiidir ki, sərhədin qorunmasında xidmət göstərən hər kəs xalqımızın, millətimizin hörmət və ehtiramına layiqdir”. 
Bu günlərdə Dövlət Sərhəd Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə tədbirlər planına uyğun olaraq Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində ”Vətən müharibəsindəki qələbəmizdə xalqımızın milli-mənəvi dəyərlərinin rolu” mövzusunda növbəti çox maraqlı seminar keçirilmişdir. Oradakı çıxışlarda bizim haqq-ədalət uğrunda mübarizəmizin müqəddəs bir iş olduğu bildirilmişdir. axtaşırı təşkil olunan döyüş təlimlərinə, Qarabağda və Şərqi Zəngəzurda yeni sərhəd postlarının, zəruri infrastrukturun yaradılmasına baxdıqca sərhəd qoşunlarında qulluq etdiyim illərin unudulmaz anları gözlərim önündən kino lenti kimi gəlib keçir, özümü orada hiss edirəm. Adam qürur duyur ki, belə müsəlləh, müşərrəf və müzəffər Silahlı Qüvvələri olan bir ölkənin vətəndaşıdır.
Azərbaycan ordusu öz peşəkarlığını və döyüş qabiliyyətini durmadan artırır. Silahlı Qüvvələrimiz Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin, döyüş tapşırıqlarının öhdəsindən layiqincə gəlir. Ordunun maddi-texniki bazası daim yenilənir, təzə və müasir tipli silahlar alınır. Yeni komanda birləşmləri yaradılır. Bütün bunlar Azərbaycan dövlətinin gücünü və qüdətini daha da möhkəmləndirir, ölkəmizin ərazi bütövlüyünə qarşı yönələ biləcək hər hansı təhdidlərin qarşısının qətiyyətlə alınmasına zəmin yaradır.
Azərbaycan Silahlı Qüvvələrinin təyinatı Azərbaycan dövlətinin müstəqilliyini, ərazi bütövlüyünü və onun xalqının azadlığını qorumaqdır. Bu vəzifəni şərəflə yerinə yetirən Silahlı Qüvvələrin bütün heyətini əziz gün münasibətilə təbrik edir, hərbçilərimizə gərgin və məsuliyyətli işlərində, Vətən naminə fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıram!   





















Hikmət XƏLİLOV,
Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti, Masallı rayon sakini 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar