Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bir məktubun taleyi

Tarix: 24-06-2022 20:01     Baxış: 3383 A- / A+

...Müharibənin içindən çıxıb gələn adamların ayrı dünyaları olur. Heç vaxt, heç kimə izah edə, danışa bilmədikləri bir dünyaları...
Onların öz itirdikləri, öz doğmaları, öz ağrıları olur. Bu yerdə məni ən çox Vətən müharibəsində şərəflə döyüşüb gələn dostlar anlyar. Ailənin, doğmaların yanına sağ-salamat dönməyin sevincini nə qədər çox yaşasan da, Vətənin azadlığında az da olsa payının olması qüruru ilə alovlansan da səni hey bir hiss öz ağuşuna alıb hamıdan bir addım kənarda özü ilə aparar.
Orada özünü iki amilə kökləyir insan: Qələbəyə və şəhid olmağa. Hətta o qədər inanarsan ki, bu iki nüansa evə sağ salamat qayıdandan sonra da tez-tez özünə toxunub “doğurdan sağam?”, “şəhid olmadan gələ bildim?” Sualını verərəsən.
Hə, bir də hər kəsin “Şəhid olarsam...” başlığı ilə ailəsinə, sevdiyinə yazılmış bir parça məktubu olar.

...O gün də normal günlərdən biri idi. Həyətdə oturub gözümü ta uzaqdakı ağacın bəlkə də sonuncu yarpağına dikib nəsə fikirləşirdim. Hərdən belə də olur, nə fikirləşdiyimi heç özüm də bilmirəm. Elə bil ruhumun əlindən kimsə tutub məndən uzaqlaşıb ta uzaqlara aparıb. Bir də qayıdanda ayılıram...
Bu dəfə də elə olmuşdu. Anamın hönkürtü səsinə dik atıldım. Ardı-ardınca yaşadığım ağır hadisələrin təsirindəndir ya nədəndir bilmirəm, o səsə doğru qaçmağa halım-heyim olmadı. Nə qədər etdim özümdə güc tapıb evə, anamın ağlamağına doğru qaça bilmədim.
Evdən çıxan bacımın gözlərinin içinə “nolub?” yalvarışı ilə baxdım. O da ağlamaqdan gözləri qızarmış halda başını yelləyərək “insafın olsun adam elə şeyi saxlamaz” deyib yanımdan ötüb keçdi. 
Heçnə anlamırdım...Özümdə güc tapıb evə girdim və anam əlində bir parça vərəqi tutub, ona ağı deyib ağlıyırdı. O bir parça vərəqi onun əlindən aldım və oxumağa başladım:
Yolumu qürurla gözləyən, başını dik tutub el içində qürurla gəzən anam, salam olsun sənə!
Bu məktubu sənə müharibənin odlu-alovlu bir günündə yazdım ki, Allahım qismət edərsə, şəhid olarsam bu məktubumu oxuyasan və daim bu məktubla məni xatırlayarsan. Burada hər şey öz qaydasındadı. Düzdü düşmən yenə də öz təxribatlarını törədir. Amma sənin oğlunun da olduğu bu ordu öz gücü, qüvvəti ilə düşmənə layiqli, sarsıdıcı zərbələr endirir.

Anacan, döyüşün bu qızğın çağında bu məktubu onun üçün yazıram ki, əgər şəhid olsam səndə digər şəhid qardaşlarımın anaları kimi qürurla dik dayanmağı bacar. Ağlayıb, sızlayıb özünü bitirmə. Çünki sən ağlayıb üzüldükcə mən necə rahat olaram burada. Bilirəm, sən üzdə, sözdə bildirməsən də içində bu acıları çəkirsən. Bilirəm, bu fikirlər beynindən keçir ki, Allahım oğluma nəsə olar. Anacan, biz bunları göz önünə alaraq bura gəlmişik. Bu Vətən bizə əmanətdi.Vətən uğrunda biz canımızdam, qanımızdan keçmiyəcəyiksə bəs, kim keçəcək. Necə icazə verə bilərik ki, düşmən bizim torpaqlarda rahat gəzsin.
Onsuz da otuz ildir bu torpaqlar düşmən əsarəti altındadır. Şuşa, Laçın, Kəlbəcər, Hadrut, Füzuli, Qubadlı, Cəbrayıl, Xocalı, Zəngilan və.s artıq bu torpaqlar azad olunmalıdır. Artıq o torpaqlar düşməndən alınmalıdır. O torpaqlarda düşmən yox, öz xalqımız gəzib dolaşmalıdır. Çünki o torpaqlar əzəli bizim torpaqlar olub.Yetər artıq, düşmənin bizim torpaqlarda rahat yaşadığı!

Anacan, bilirəm yolumu gözləyə-gözləyə fikirdən saçını da ağartmısan. Hələ gecə olanda üstünə yorğan örtmürsən ki, oğlum soyuqda, oğlum növbədə, mən belə yata bilmərəm. Bu cür edərək özünü bitirmə. Sən ayaqda dik dayanmalısan ki mən də burada rahat döyüşə, düşmənə layiqli cavab verə bilim.

Anacan, bu sözlərimi heç vaxt unutma! Unutma ki oğlun qürurla Vətənin keşiyində duran biridir.
Başını dik tut, ana! Ağaran saçının hər telinə qurban olum sənin, başını daim dik tut! Şəhidlik və şəhid anası olmaq hər insana nəsib olmur. Bu ad, bu hiss mənim üçün ən böyük, ən gözəl addır, hissdir.
Səbrli ol, anacan!

Səni hər kəsdən çox sevən oğlun Vəfadar.

Vəfadar Əhmədov
İkinci Qarabağ müharibəsi iştirakçısı


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar