Sizin Reklam Burada
Xəbər lenti
15-05-2024
14-05-2024
BÜTÜN XƏBƏRLƏR

Aqil Abbas kasıb deputatların adlarını açıqladı - SİYAHI

Tarix: 22-06-2022 12:29     Baxış: 4263 A- / A+

Milli Məclisin deputatlarının əməkhaqlarının artırılması cəmiyyətdə birmənalı qarşılanmayıb. İnsanların aqressiv münasibəti millət vəkillərini də narahat edib.

Deputat Aqil Abbas mediaya açıqlamasında bəzi deputatların kasıb olduğunu, maaşın onlara yetmədiyini deyib: “Əslində heç maaşımızın nə qədər artdığını da bilmirəm. Bu dəqiqə 40 deputat adı çəkərəm ki, yetimlər kasıblıqla dolanır. İndi sadəcə olaraq topu ötürürlər ki, deputatları söysünlər”. 
Manevr.az xəbər verir ki, Aqil Abbas bununla bağlı İndex.az-ın soğrusunu cavablandırıb. Bu dəfə hətta 45 belə deputat adını çəkə biləcəyini iddia edib: “45-nin adını çəkərəm. Tahir Kərimli, Razi Nurulayev, Fazil Mustafa, Nizami Cəfərov, Anar Məmmədov. Onlar çoxdu, hamısını saya bilmərəm ki. Xəbəriniz yoxdu, deputatların vəziyyətindən”. Millət vəkillərin maaşlarının artırılması və onun ətrafında gedən söhbətlərə gəlincə, A.Abbas bu barədə ərtaflı danışmağa tələsməyib: “Mən sizi “Ədalət” qəzetinin redaksiyasına, ya da parlametə dəvət edirəm. Gəlin burda mənim telefonumda mesajları açın oxuyun, ondan sonra sizin suallarınıza cavab verəcəm”. Xatırladaq ki, millət vəkili  öz məvacibini də açıqlayıb. A.Abbas özünü də kasıb deputatlarım sırasına aid edib: “Hələ deputatların maaşı artırılmamışdan deyirdilər ki, 8-10 min alırlar. Vallah, 1750 manat maaş alan deputatam. Elə 1750 də dərdi olan adamam. Artıb-artıb da… Deyək ki, yox artırmayın?! Əslində heç maaşımızın nə qədər artdığını da bilmirəm”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar