Xəbər lenti
Paşinyan Bakıya qıcıq verən ifadəni yenə işlətdi
ABŞ Dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Karen Donfrid İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.
Manevr.az axar.az-a istinadən bildirir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Paşinyan görüşdə Cənubi Qafqazda sülh və sabitliyin möhkəmlənməsi vacibliyindən danışmaqla bərabər, provokativ bəyanat və hərəkətlərə "ünvanlı reaksiyaların" verilməsi gərəkdiyini deyib.
Ermənistan baş naziri yenə də ATƏT-in artıq çoxdan dəfn edilən Minsk Qrupundan bəhs etməyə, ABŞ-ın MQ-nin həmsədri kimi "münaqişənin həllindəki açar rolundan" danışmağa cəhd göstərib.
Qeyd edək ki, bundan öncə ABŞ-ın Ermənistandakı səfirliyinin Donfridin İrəvana səfəri ilə bağlı yaydığı məlumatda MQ ilə bağlı heç bir nüans yox idi. Çünki Minsk Qrupunun artıq dağıldığını hər 3 həmsədr ölkə təsdiqləyib.
Bir müddət öncə Rusiya XİN rəhbəri Sergey Lavrov Ukrayna müharibəsi səbəbindən münasibətlərin kəskinləşdiyi və əlaqələrin sıfra düşdüyünə görə Minsk Qrupunun fəaliyyətinin faktiki olaraq mümkünsüzlüyünü açıq elan etmişdi. Bunun ardınca isə Rusiya, Fransa və ABŞ MQ-dəki həmsədrlərinə "Qafqaz üzrə nümayəndələr" statusu verməklə, Minsk Qrupunun rəsmən dağıldığını faktiki təsdiqlədilər.
Ermənistan baş nazirinin bu spekulyasiyaları davam etdirməsi, başqa sözlə desək, Bakının qıcıqlanması üçün hər şeyi etməsi, üstəlik, şifahi razılaşmaları pozaraq, yenə də "status" sözünü dilinə alması və münaqişənin bitmədiyi görüntüsünü yaratmağa çalışması Ermənistan üçün yaxşı heç nə vəd etmir.
Azərbaycan Prezidenti vədləri pozmağın, şifahi razılaşmalardan yayınmağın ağır bədəli olduğunu bir daha 16 iyun tarixində IX Qlobal Bakı Forumundakı çıxışında xatırlatdı və açıq şəkildə bunun yeni qarşıdurmaya yol aça biləcəyi xəbərdarlığını etdi.
Paşinyan ənənəvi olaraq xəbərdarlıqdan nəticə çıxarmır. Əvəzində isə Ermənistan müdafiə naziri Papikyan 16 iyunda Naxçıvanla sərhədə, 17 iyunda isə Qazaxla sərhədə gəlib, döyüş mövqelərinə çıxır, təlimləri izləyir və yeni alınan texnikaların istifadə imkanlarını yoxlayır...
Xatırladaq ki, 44 günlük savaşdan öncə Azərbaycanın əraziləri işğaldan azad etmək tələblərinə qarşı yeni işğal planı elan edən Paşinyanın o vaxtkı müdafiə naziri Tonoyan da sərhədləriməzə tez-tez səfərlər edirdi.
Nəticəsi o oldu ki, ordusu darmadağın edildi, ölkəsi kapitulyasiya imzaladı, özü türməyə düşdü...
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar