Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Sankt-Peterburq metrosunu niyə partlatdılar? - “Putinə cavab idi…”

Tarix: 03-04-2017 20:18     Baxış: 5361 A- / A+
Sankt-Peterburq metrosunu niyə partlatdılar?


"Sank-Peterburqda metroda baş verən partlayış çox ciddi terror hadisəsidir. Bunu törədənlər Rusiya prezidenti Vladimir Putinə mesaj vermək istəyir”.

Bu sözləri politoloq Qabil Hüseynli deyib. Politoloq mesajın nədən ibarət olduğunu da deyib:
"Mesaj bundan ibarətdir ki, Rusiyada ciddi təhlükəsizlik problemləri var. Bunlar isə ölkədə idarəetmənin nəzarətdə olamamasını sübut edir. Bunlar da ölkənin idarəçiliyində yol verilən qüsurlarla qəti sürətdə bağlıdır. Bu mənada Putinə mesaj verilir”.

Q.Hüseynlinin sözlərinə görə, terrorla bağlı məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürə bilər:
"Bütövlükdə bu terroru kimlərin törətdiyi məlum deyil. Lakin bir şey dəqiqdir ki, təşkilatçılar Rusiyadan kənardakı qüvvələrdir. İŞİD bunu dərhal öz adına çıxaracaq. Amma İŞİD-in bu hadisə ilə əlaqəsi də ola bilər. Çünki təşkilatdan ayrılan bir çox çeçen mənşəli adamlar artıq Rusiyaya üz tutmağa başlayıb. Onların da bu terroru törətməsi Rusiyanın Suriyadakı olaylara münasibət ilə bağlıdır. Buna Suriyada Hələbin Rusiya aviasiyası tərəfindən bombalanması və digər hadisələrin təsiri də ola bilər”.

Qabil Hüseynli bildirib ki, Rusiyada son vaxtlar rüşvətə qarşı mübarizə olaylarından sonra belə bir hadisənin baş verməsi Putinə, ümumilikdə ölkə rəhbərliyinə ciddi etimadsızlıqlar yarada bilər.

Qeyd edək ki, bu gün Sankt-Peterburqda metroda baş verən partlayış zamanı 10 nəfər ölüb, 50 nəfər isə yaralanıb. İlkin ehtimal olaraq partlayışın terror aktı olduğu deyilir.

Rusiya prezidenti Vladimir Putin də olay vaxtı Sankt-Peterburqda olub.BakiPost.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar