Xəbər lenti
Əliyev ilk dəfə "Laçın yolu" dedi: "Status" istəyinə ordu cavab verəcək
Birinci, Bakının Zəngəzur dəhlizi ilə bağlı gündəliyi dəyişməyib: Brüsseldə dəhlizin “yol məntiqi” üzrə açılması haqda şifahi razılaşma olsa da, Əliyev üçtərəfli bəyanata əsasən, “maneəsiz çıxış”ın təmin edilməsini tələb edir və ermənlərin Laçın yolundan maneəsiz istifadəsinin disbalans yaratdığını deyir; bununla təsdiq edir ki, Zəngəzurdan “maneəsiz çıxış” verilməsə, Laçından da “maneəsiz çıxış” olmayacaq; Əliyevin Laçın dəhlizini ilk dəfə “Laçın yolu” adlandırması da verdiyi mesaj fonunda diqqət çəkir;
İkinci, Qarabağda etnik ermənilərin “təhlükəsizliyi və hüquqlarının təmin edilməsi” Azərbaycan Konstitusiyası ilə təmin ediləcək: ermənilərin bölgədə qalmasının yeganə yolu yaşadıqları ölkənin vətəndaşlığını qəbul etməkdir;
Üçüncü, Əliyev “status” iddialarının yeni qarşıdurmaya səbəb olacağını deyir və bunu təkcə İrəvana yox, “status”u təzyiq rıçağı kimi görən bütün tərəflərə ünvanlayır;
Dördüncü, “status” məsələsinin gündəmə gətirilməsi ilə bağlı şifahi razılıq olub və istisna deyil ki, bu razılaşma Brüsseldə əldə olunub, Paşinyanın “status” iddiasını “təhlükəsizlik və hüquq”la əvəz etməsi də bundan qaynaqlanır: lakin İrəvan razılaşmaya əməl etmir və Əliyev bunun Ermənistan üçün mənfi nəticələri haqda xəbərdarlıq edir;
Beşinci, İrəvan Qarabağda “status” istəsə, Azərbaycan Qərbi Zəngəzurda status tələbini irəli sürəcək: Əliyev mesaj verir ki, İrəvan növbəti dəfə “status” tələbindən çıxış edərsə, Bakı Qərbi Zəngəzurda status tələbini praktiki mərhələyə keçirə bilər;
Bakı artıq Ermənistan tərəfindən praktiki mərhələdə addımların atılmasını tələb edir. Prosesin uzanması hərbi müstəvidə addımları zərurətə çevirə bilər.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar