Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Aqil Məmmədov: "Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır"

Tarix: 16-06-2022 19:42     Baxış: 3287 A- / A+


Millət vəkili:

15 İyun Milli Qurtuluş Günü ilə bağlı Bakı şəhərində Kəlbəcər ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə Milli Məclisin Kəlbəcər rayonundan olan deputatı Aqil Məmmədov geniş məruzə ilə çıxış edib.

Millət vəkili bildirib ki, 15 iyun xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümummili lider Heydər Əliyevdir: “Həyatını xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir.
Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir”. A.Məmmədovun sözlərinə görə ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib: “Ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib.
Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı etibarlı əllərdədir”. Tədbirdə çıxış edən YAP Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov bildirib ki, kəlbəcərlilər hər zaman Heydər Əliyevə və onun siyasətinə sadiq olublar, bu mövqe davam etməkdədir. O, bildirib ki, Kəlbəcərin və digər işğal altında olan torpaqlarımızın azad olunması bu bu siyasətin məntiqi nəticəsidir. Tədbirdə ziyalılar, gənclər 15 İyunla bağlı fikirlərini bölüşüblər.

Manevr.az

 








Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar