Xəbər lenti
Qarabağ qazisinin qızından dünya rekordu
Azərbaycanlı məktəbli Şükran Mikayılzadə Türkiyə universitetlərinə qəbul üçün keçirilən imtahanlarda rekord nəticə əldə edib.
Bu barədə Ş.Mikayılzadənin anası Lətafət Əliyeva məlumat verib. Bildirib ki, bu il Bakı Slavyan Universitetinin məktəb-lisey kompleksinin 11-ci sinifini başa vuran Şükran Marmara Universitetinə keçirilən qəbul imtahanında 98,43 bal toplayıb. Bu, dünya üzrə rekord nəticədir. Belə ki, Ş.Mikayılzadə Marmara Universitetinə dünyanın müxtəlif ölkələrindən imtahan verənlər arasında ən yüksək nəticə göstərib.
Atası Mühəndis Mikayılov isə Qarabağ qazisidir.
Şükran orta məktəbdə oxuduğu illərdə alman, ingilis, rus, türk və koreya dillərini öyrənib.
O, həkim olmaq və tibbin sirlərini öyrənmək üçün qardaş Türkiyədə ali təhsil almaq niyyətindədir.
L.Əliyeva qızının qəbul olduğu universitetin illik təhsil haqqının bir qədər yüksək olduğunu deyib:
"Həmin universitet Türkiyənin sayılıb-seçilən ali təhsil müəssisələrindən biridir. Azərbaycandan cəmi bir nəfər ən yüksək bal toplayan çəxs qəbul edilir. Təhsil haqqının ödənilməsi üçün dövlət proqramına da müraciət edəcəyik. Əgər burs düşsə, oxutmaq bizə rahat olacaq". metbuat.az
Manevr.az

17 yaşlı Ş.Mikayılzadə orta məktəb illərində hər zaman uğurları ilə fərqlənib. 9-cu sinifi qırmızı atestatla bitirən Şükran 10-cu sinifdə Respublika Fənn Olimpiadasında final turuna kimi iştirak edib. 2022-ci ildə Respublika Fənn Olimpiadasının final turunda 3-cü yeri tutaraq, bürünc medala layiq görülüb. O, 11-ci sinif buraxılış imtahanının nəticələrinə görə də qırmızı attestat alacaq.
Atası Mühəndis Mikayılov isə Qarabağ qazisidir.
Şükran orta məktəbdə oxuduğu illərdə alman, ingilis, rus, türk və koreya dillərini öyrənib.
O, həkim olmaq və tibbin sirlərini öyrənmək üçün qardaş Türkiyədə ali təhsil almaq niyyətindədir.
L.Əliyeva qızının qəbul olduğu universitetin illik təhsil haqqının bir qədər yüksək olduğunu deyib:
"Həmin universitet Türkiyənin sayılıb-seçilən ali təhsil müəssisələrindən biridir. Azərbaycandan cəmi bir nəfər ən yüksək bal toplayan çəxs qəbul edilir. Təhsil haqqının ödənilməsi üçün dövlət proqramına da müraciət edəcəyik. Əgər burs düşsə, oxutmaq bizə rahat olacaq". metbuat.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar