Sizin Reklam Burada
Xəbər lenti
10-11-2025
09-11-2025
08-11-2025
BÜTÜN XƏBƏRLƏR

“Şuşa Bəyannamasi bölgədə marağı olan hər kəsə verilən mesajdır” - Aqil Məmmədov

Tarix: 14-06-2022 14:26     Baxış: 3290 A- / A+
Aqil Məmmədov: “Şuşa Bəyannamasi bölgədə marağı olan hər kəsə verilən mesajdır”

“Şuşa Bəyannaməsi iki dövlətin dövrü maraqlarının təmini nəticəsində meydana gəlməyib. Bu Bəyyannamə tarixə, soykökə, qardaşlığa, təbii müttəfiqliyə söykənir”.
Bu fikirləri Milli Məclisin deputatı Aqil Məmmədov Şuşa Bəyannaməsinin imzalanmasının 1 illiyi ilə bağlı bildirib.
Millət vəkilinin sözlərinə görə, bu Bəyannmə ilə Azərbaycan-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoyub: “Müasir dövrdə iki qardaş ölkənin münasibətləri Ümummilli lider Heydər Əliyevin irəli sürdüyü “Bir millət, iki dövlət” şüarına və onun bilavasitə həyata keçirdiyi iqtisadi, beynəlxalq siyasətə əsaslanır. 30 ilə yaxın davam edən sıx münasibətlər ötən il Şuşa Bəyannaməsinin reallaşması ilə özünün yüksək zirvəsinə çatdı. Şuşa Bəyannamasi bölgədə marağı olan hər kəsə verilən mesajdır”.
Hazırda bəyannamənin praktik olaraq icrada olduğunu deyən millət vəkili bunun üçün bir sıra nümunələri göstərib: “Elə müqavilələr olur ki, mürəkkəbi qurumamış önəmini itirir. Şuşa Bəyannaməsi ilə imzalanan andan aktiv şəkildə qüvvədədir. Ötən müdətdə hər iki ölkənin hərbçilərinin təlimləri davam etdirilib. Azərbaycan öz ordusunu Türkiyə ordusuna uyğun şəkildə formalaşdırmaqdadır. Bunu cənab Prezident rəsmən bəyan edib. Ölkə rəhbərlərinin intensiv qarşılıqlı səfərləri  davam edir. Bu günlərdə Bakıda keçirilən TEKNOFEST Festivalı Şuşa Bəyannaməsinin bir örnəyi kimi qardaş ölkələrin birgəliyinin, əməkdaşlığının nümunəsinə çevrildi. Müdafiə sənayesi sahəsində əməkdaşlıq davam etdirilir. Bu əməkdaşlıq özünü 44 günlük Vətən müharibəsində göstərdi. Türkiyə rəhbərliyinin, şəxsən, Prezident Rəcəb Tayyib Ərdoğanın prinsipial mövqeyi, üçüncü qüvvələrin müharibəyə müdaxiləsinin qarşısını aldı. Ümid edirəm ki, Şuşa Bəyannaməsi iki qardaş ölkənin birgə uğurlarında öz sözünü deyəcək”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar