Sizin Reklam Burada
Xəbər lenti
10-11-2025
09-11-2025
08-11-2025
BÜTÜN XƏBƏRLƏR

Ölkəmizi qlobal iqtisadi təhdidlərdən bu xilas edir

Tarix: 11-06-2022 10:00     Baxış: 3270 A- / A+



Hələlik Azərbaycanda iqtisadi artımla əlaqədər ciddi problem yoxdur və ilin sonuna qədər olacağını düşünmürəm.
Manevr.az xəbər verir ki, bu sözləri Axar.az-a deputat Vahid Əhmədov qlobal iqtisadi artım proqnozlarının aşağı düşməsinin Azərbaycan iqtisadiyyatında yarada biləcəyi təsirlər barədə danışarkən deyib.
Deputat bildirib ki, Azərbaycana təsirlərin az olmasının səbəbi neftin ÜDM-dəki payının yüksəkliyidir:
“Neftin qiyməti kifayət qədər yüksəkdir. Ölkəmizdə də neftin ümumdaxili məhsulda payı yüksəkdir. Həmçinin, indiki dövrdə ölkədə qeyri-neft sektorunun inkişafına nəzər yetirsək, dünyada iqtisadi artımın aşağı enməsi Azərbaycan üçün problem yaratmır”.
V.Əhmədov həmçinin deyib ki, ölkədə ən ciddi problem Azərbaycana idxal olunan məhsulun qiymət artımı və inflyasiyadır:
“Hazırda müəssisələr işləyir və xaricdən gələn kompanentlə əlaqəli ciddi problem yoxdur. Amma onu da qeyd etmək lazımdır ki, Ukrayna-Rusiya müharibəsi, Rusiya-Qərb qarşıdurması uzun müddət davam edərsə, müəyyən problemlərin yaranması qaçılmaz olacaq. Çünki bizim Rusiya və Ukrayna ilə kifayət qədər idxal və ixracımız var”.
Deputat bildirib ki, Azərbaycanda Qarabağ azad olunandan sonra iqtisadi imkanların daha da artması üçün şans yaranıb. Hazırda böyük işlər həyata keçirilir:
“Məsələn, Ələt Azad İqtisadi Zonasında keyfiyyətli işlər həyata keçirilir. Oranın Azərbaycan üçün əlavə gəlir mənbəyi olacağı gözlənilir. Çünki burada bir çox zavod və fabriklər fəaliyyət göstərəcək. Hesab edirəm ki, indi ölkə olaraq bu problemlərin öhdəsindən gəlirik”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar