Xəbər lenti
Erməni general “Bayraqdar”ın zərbəsindən necə sağ çıxıb? - Video

Bildiyimiz kimi, 2020-ci ilin oktyabrın 27-də içində qondarma “dqr”in “müdafiə naziri” Cəlal Arutyunyanın da olduğu hərbi kortej “Bayraqdar” PUA-sı tərəfindən darmadağın edilib.
Manevr.az xəbər verir ki, bu hadisə Ermənistanda əsl şok effekti yaradıb.
Qarabağdakı qondarma və keçmiş qurumun “müdafiə naziri”nin vurulması erməni ordusunda daha dərin ruh düşkünlüyünə səbəb olur. Qəribədir ki, maşının darmadağın olmasına baxmayaraq, Cəlal Arutyunyan ölmür, ağır yaralanır. O, dərhal xəstəxanaya yerləşdirilir. Uzun müddət komada qalandan sonra isə nəyahət ayılır. Bəs necə oldu ki, Cəlal Arutyunyan darmadağın edilən maşından sağ çıxa bildi? Erməni general bu barədə özü danışıb:
“Düşünmürəm ki, kimsə mənim yerimi Azərbaycana desin. Yəni mənim vurulmağımda xəyanət faktorunu istisna edirəm. Azərbaycan daha əvvəl də bizim nəqliyyat vasitələrini vururdu. Sığınacaqlarda oturmaq işə yaramırdı. Sığınacaqdan çıxmazdan əvvəl lazımi tədbirləri gördüm, başqa bir maşına mindim. Lakin görünür, hansısa detalı nəzərə almamışıq. Nəticədə Azərbaycan Ordusu mənim yerimi müəyyən edə bilib”.
Daha ətraflı videoda.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar