Manevr.az apa-ya istinadən xəbərinə görə, Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə baxılan şikayayətlə bağlı qərar elan olunub.
Xatırladaq ki, Qoca Səmədov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla saxlanılıb.
O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə təqsirli bilinərək Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay azadlıqdan məhrum edilib.
Sonradan Şəki Apellyasiya Məhkəməsi sabiq icra başçısının səhhətini nəzərə alaraq həbs müddətini altı ilə endirib.