Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında mühafizə zonası yaradılacaq

Tarix: 06-06-2022 20:41     Baxış: 5269 A- / A+

Gürcüstanın Vaşlovani Milli Parkı və Azərbaycan-Gürcüstan dövlət sərhədi arasında mühafizə zonası yaradılacaq.
Manevr.az “report”un yerli bürosuna istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyindən bildirilib
Qeyd olunub ki, Gürcüstan hökumətinin bugünkü iclasında qurumun Nuqzar Zazanaşvili adına çoxfunksiyalı Samux vadisində mühafizə ərazisinin yaradılması və idarə olunmasına dair hazırladığı qanun layihəsi bəyənəlib.
“Yaradılacaq zona Gürcüstanda tanınmış ekoloq və şair Nuqzar Zazanaşvilinin adını daşıyan ilk mühafizə ərazisi olacaq. Nuqzar Zazanaşvilinin birbaşa iştirakı ilə ölkədə bir çox qorunan ərazilər yaradılıb, həmçinin 2013-cü ildən ceyranların populyasiyasının bərpa layihəsi fəal şəkildə həyata keçirilib”, - məlumatda deyilir.
Nazirlikdən bildirilib ki, 1990-cı illərdə Gürcüstanda ceyranların nəsli tam kəsilib. Ceyranların populyasiyasının bərpası üzrə layihə Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) və Azərbaycan hökumətinin fəal dəstəyi ilə həyata keçirilib. Bu gün Samux vadisində ceyranların populyasiyasının sayı 200-ü ötüb. Bu il onların artıq səkkizinci nəsli dünyaya gəlib.
Qurumdan qeyd edilib ki, qorunan ərazinin yaradılması regionda ceyranların uzun müddət yaşamasına, biomüxtəlifliyin qorunmasına, ekoturiz və ənənəvi qoyunçuluğun inkişafına və otlaqlardan davamlı istifadəyə imkan verəcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar