Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

“İdrak” liseyində “Əziz Şuşa, sən azadsan!” məktəblərarası yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb

Tarix: 04-06-2022 23:23     Baxış: 3339 A- / A+

Bu gün “İdrak” liseyində “Əziz Şuşa, sən azadsan!” məktəblərarası yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Manevr.az xəbər verir ki, tədbirdə çıxış edən “İdrak” liseyinin təsisçisi pedaqoji elmlər doktoru, professor Mönsüm Alışov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan olunduğunu xatırladıb, məktəblərarası yaradıcılıq müsabiqəsinin bu mühüm sənədin icrasına əsasən keçirildiyini söyləyib. Müsabiqənin əhəmiyyətindən söz açan M.Alışov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən erməni işğalından azad olunmuş Şuşanın xalqımızın tarixində xüsusi yeri olduğunu bildirib. O, “İdrak” liseyi tərəfindən keçirilən müsabiqənin 6 nominasiya - esse, instrumental ifa, şeir, vokal, rəsm və dekorativ tətbiqi sənət üzrə təşkil edildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, ölkə rəhbərinin müdrik və uzaqgörən siyasəti nəticəsində 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbə və Şuşanın azad edilməsi hamımızda böyük sevinc və qürur hissləri yaşatdı. Şuşanın xalqımız üçün yüksək mədəni-mənəvi dəyəri vardır.
Müsabiqə iştirakçılarını və qalibləri təbrik edən Mönsüm Alışov onlara yeni yaradıcılıq uğurları arzulayıb.
Tədbirdə Milli Məclisin deputatı Tahir Rzayev, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxış edərək Qarabağın tacı olan Şuşanın xalqımız üçün müqəddəs və əziz yer olduğunu söyləyib, hər bir azərbaycanlının oraya getmək arzusunda olduğunu bildiriblər. Qeyd edilib ki, Şuşa hər zaman Azərbaycanın tarixi, mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa bu gün də beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilib. Ölkə rəhbərinin diqqət və qayğısı ilə Şuşa gündən-günə sürətlə inkişaf edir və gözəlləşir. Şuşa bundan sonra da digər mötəbər tədbirlərə ev sahibliyi edəcək və dünyanın ən gözəl şəhərlərindən biri olacaq. Çıxış edənlər məktəblilərin yaradıcı təxəyyülünə əsaslanaraq bacarıqlarını nümayiş etdirdikləri müsabiqənin əhəmiyyətindən söz açıb, iştirakçılara təhsildə və yaradıcılıqlarında uğurlar arzulayıblar.
Tədbirdə müsabiqəyə hazırlıq mərhələsini əks etdirən videoçarx nümayiş olunub.
Sonra yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb. İştirakçılara diplom və sertifikatlar təqdim edilib. Şəhid Toğrul Bərxudarovun qızı Güllü Bərxudarlı, general-mayor Polad Həşimovun oğlu Teymur Həşimov, Xüsusi Təyinatlı Qüvvələrin giziri Sahib Musazadənin övladları Sahibə və Ülvi Musazadələr də müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb.
Qeyd edək ki, esse nominasiyasi üzrə müsabiqə Azərbaycan, rus və ingilis dillərində keçirilib. Şagirdlər “İdrak” liseyinə gələrək bu nominasiyada iştirak ediblər.

Manevr.az












Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar