Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Vüqar Mahmudovun əmlaklarının siyahısı - Klassik avtomobil həvəskarı imiş

Tarix: 03-06-2022 14:45     Baxış: 4354 A- / A+
2
Əsas səhifə > Ölkə


Keçmiş MTN rəhbəri Eldar Mahmudovun əmisi oğlu, eyni zamanda köməkçisi olmuş Vüqar Mahmudovun əmlaklarının siyahısı üzə çıxıb.
Manevr.az-ın “qafqazinfo”ya istinadən verdiyi məlumata görə, o mühakimə olunduğu dövrdə yaşayış evləri, torpaq sahələri və çoxsaylı avtomobillərinə həbs qoyulub.

Bakı Hərbi Məhkəməsi tərəfindən birbaşa və dolayı yolla Vüqar Mahmudova məxsus üzərinə həbs qoyulan əmlakların siyahısı belə olub:
- İki qeyri-yaşayış sahəsi;
- Buzovnada fərdi yaşayış evi;
- Bülbül prospektində daşınmaz əmlak;
- Bakıda mənzil;
- 1 hektara yaxın torpaq sahəsi;
- Xocəsəndə fərdi yaşayış evi;
- Yasamalda yaşayış evi;
- Səbaildə torpaq sahəsi;
- 2015 model “Jaguar XJ” avtomobil;
- 2014 model “Mercedes Benz E-350”;
- 2014 model “Toyota Camry”;
- 1988 mdoel “QAZ 2410”;
- 1991 model “QAZ 2410”;
- 1955 model “Moskviç 401”;
- 1992 model “QAZ 2411” ;
- 1987 model “QAZ 2410” (2 ədəd);
- 1994 model, “QAZ 3102”;
- 1971 model “QAZ 2410”;
- 2015 model “Citroen C4 Picasso”;
- 2013 model “Citroen”;
- “Kapital Bank"da 74 min dollar;
- “Beynəlxalq Bank”da 40 min dollar.
Lakin Ali Məhkəmə qərarı dəyişdirərək bu əmlakların böyük bir hissəsinin üzərindəki həbsi götürüb və işi Bakı Apellyasiya Məhkəməsinə qaytarıb. Baş Prokurorluq bu mərhələdə protest verib və müsadirə edilməsi təklif edilmiş bütün əmlakların dövlət nəfinə tutulmasını tələb edib. Bakı Apellyasiya Məhkəməsi protesti qismən təmin edib və Vüqar Mahmudovun ailəsinə məxsus bank hesabından 1 milyon manatdan çox pul müsadirə olunub.
Araşdırmalar zamanı məlum olub ki, Vüqar Mahmudov 2004-2015-ci illərdə MTN-in Antiterror Mərkəzinin 1-ci şöbəsinin rəis müavini vəzifəsində işləyərkən faktiki olaraq həm də Eldar Mahmudovun köməkçisi funksiyalarını yerinə yetirib. O bu müddətdə qurumun müstəsna səlahiyyətlərindən yararlanaraq külli miqdarda dövlət əmlakını mənimsəyib. Belə ki, o, MTN-in idarə rəislərindən ibarət mütəşəkkil dəstədə birləşib vəzifəli şəxs kimi qulluq mövqeyindən sui-istifadə edib. O, qurumun əməliyyat-axtarış fəaliyyətinin maddi-texniki və maliyyə təminatı üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərini mənimsəmək məqsədilə raportlar imzalatdırıb. Bu yolla MTN-in kassasından 3 milyon manata yaxın büdcə vəsaitlərini əvəzsiz surətdə ələ keçirib.
Bundan başqa, o, həmin vəzifədə xidmət edərkən əməliyyat-axtarış tədbirlərinin icrasına müvəqqəti cəlb olunmuş vətəndaşları və etibarlı şəxslərin guya mükafatlandırılmalarına görə bilə-bilə yalan məlumatlar daxil edərək rəhbərlik tərəfindən “ödənilsin” dərkənarı qoyulmaqla sənədlər imzalatdırıb. Bu yolla cəmi 7,6 milyon manat pulun MTN-in kassasından çıxarılmasına nail olub.
Dövlət Təhlükəsizliyi Xidməti V.Mahmudova qarşı 10,6 milyon manat pulun qaytarılması üçün mülki iddia verib. Lakin məhkəmə iddianı təmin etməyib. 
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin 2019-cu ildəki hökmü ilə V.Mahmudov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, 2 illik müddəti istintaq müddətində həbsdə keçirdiyinə görə, məhkəmə zalından azadlığa buraxılıb.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar