Bakıda TEKNOFEST Aerokosmik və Texnologiya Festivalının bağlanış mərasimi keçirilib.
Trend xəbər verir ki, festivalın bağlanış mərasimində Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyənin "Baykar Makina" şirkətinin texniki direktoru Səlçuk Bayraktar, eləcə də Azərbaycanın və Türkiyənin bir sıra digər nazirləri iştirak ediblər.
R.Nəbiyev vurğulayıb ki, bu dörd gün ərzində Azərbaycan gəncləri festivaldan çox şey öyrəniblər.
Öz növbəsində S.Bayraktar növbəti" TEKNOFEST"in Bakıda və ölkənin digər şəhərlərində yenidən keçirilə biləcəyini bildirib.
R.Nəbiyev və S.Bayraktar tədbirdən məmnun olduqlarını bildiriblər, həmçinin "TEKNOFEST"in Azərbaycanda keçirilməsinə imkan yaratdığına görə Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür ediblər.
Qeyd edək ki, dörd gün ərzində, mayın 26-29-da festivalda Türkiyə və Azərbaycan şirkətlərinin beynəlxalq sərgiləri, əyləncə proqramları, aviaşoular və bir sıra digər tədbirlər təşkil olunub.
Bakıda "Teknofest" festivalı Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirilib. Eyni zamanda Bakıda "Teknofest" in "prodakşn" ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.
Xəbər lenti
Bakıda TEKNOFEST festivalının bağlanış mərasimi keçirilib -ŞƏKİL
"Teknofest" tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.
Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.
Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar