Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

“7 ildir keçmiş iş yerimlə bağlı təhdid edilirəm”- Sevinc Qədirova danışdı

Tarix: 27-05-2022 21:54     Baxış: 4371 A- / A+
Şantaj edildiyini, intihar həddində olduğunu bildirən Voleybol Federasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa müraciət edib.

Bu barədə S.Qədirova özü məlumat verib.

O bildirib ki, 7 il ərzində keçmiş iş yeri ilə bağlı təhdidlərə susmalı olub: “Qorxduğum və özümü tək hiss etdiyimə görə hədələrə susurdum. Həm də bir xanım olaraq çox çəkinirdim. Üzləşdiyim hədələr ailə məsələsi deyil, sırf keçmiş iş yerimlə bağlı olan məsələdir. Nəhayət, bununla bağlı Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət etdim. Hüquq-mühafizə orqanları bu işlə məşğul olurlar”.

Qeyd edək ki, Sevinc Qədirova üzləşdiyi təhdidlərin mahiyyəti və detalları barədə ətraflı məlumat vermək istəmədiyini deyib.

Xatırladaq ki, Sevinc Qədirova bir sıra qurumlarda çalışıb. O, 2019-cu ildə Voleybol Federasiyasındakı vəzifəyə təyin edilənədək “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat xidmətinin rəhbəri olub. musavat.com 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar