Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

"Titul üçün həyat yoldaşımı da verərəm" - "Real"ın futbolçusu

Tarix: 26-05-2022 22:26     Baxış: 4286 A- / A+
"Titul üçün həyat yoldaşımı da verərəm" - "Real"ın futbolçusu"Çempionlar Liqasında finala hazırlaşdığımız üçün üzərimizdə stress var. Bu, finalda meydanda olmaq istədiyim üçün məndə daha çoxdur".

Manevr.az apasport.az saytına istinadən məlumatına görə, bunu "Real"ın futbolçusu Federiko Valverde "Liverpul"a qarşı keçiriləcək Çempionlar Liqasının final oyunu barədə danışarkən deyib.

24 yaşlı yarımmüdafiəçi hər iki komandanın finalda iştirak etməyə layiq olduğunu söyləyib: "Hər şey ədalətlə ölçülsə, kuboku biz qazanmalıyıq. Ancaq hər şeydən önəmlisi, şənbə günü əzmkarlığı itirməmək və əvvəlki mərhələlərdə olduğu kimi, sona qədər mübarizə aparmaqdır. "Liverpul" da böyük klubdur, möhtəşəm futbolçuları var. Bizim kimi, onlar da finala layiqdirlər".

Uruqvay millisinin üzvü ÇL kubokunu qazanmaq üçün oğlundan başqa hər şeyini verməyə hazır olduğunu etiraf edib: "Şəxsi məqsədlərimdən biri Madriddə və Uruqvayda etalon olmaqdır. Bu mənada Çempionlar Liqasının qalibi olmaq çox vacibdir. Bu, dünyanın istənilən oyunçusu üçün unikal kubokdur. Oğlumdan başqa hər şeyimi verməyə hazıram. Bu titul üçün bəlkə həyat yoldaşımı da verərəm. Zarafat etmirəm. Hər gün finalda oynaya bilmirsən".

Qeyd edək ki, mayın 28-də Parisdə keçiriləcək "Liverpul" – "Real" oyunu Bakı vaxtı iləsaat 23:00-da start götürəcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar