Xəbər lenti
Brüssel görüşündən sonra ilk addım... - Açıqlama
44 günlük Vətən müharibəsindən Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsi naminə yeni reallıq yaradıb. Bu mənada Avropa İttifaqı regionun inkişafına, tərəqqisinə dəstək vermək üçün ölkəmizin təşəbbüslərinə dəstək nümayiş etdirir. Aİ regionda daimi sülh və əməkdaşlığa öz töhfəsini verməyə çalışır və bu istiqamətdə öz mövqeyini ortaya qoyur. Bu baxımdan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən son Brüssel görüşü mühüm əhəmiyyət kəsb edir.O qeyd edib ki, Brüssel görüşü bir çox aspektlərdən xüsusi əhəmiyyətə malikdir:
“Əvvəlki görüşlərdə olduğu kimi bu görüşdə də Prezident İlham Əliyev tərəfindən bir sıra vacib məsələləri qaldırılıb. Müzakirə olunan əsas məsələlərdən biri də 4000-ə yaxın azərbaycanlının taleyinə Ermənistan tərəfinin aydınlıq gətirməməsi olub. Bu görüşün nəticəsi olaraq açıqlanan bəyanatda “Dağlıq Qarabağ münaqişəsi”, “Minsk qrupu”, “status məsələsi” kimi ifadələr işlədilməyib”.
Millət vəkili Qarabağın etnik erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin olunmasının vacibliyi kimi səslənən fikrə də aydınlıq gətirib: “Burada əsas məqam "Dağlıq Qarabağ" yox, “Qarabağ”, “xalq” yox, "Qarabağın erməni əhalisi” ifadəsinin yer alması vacib məqamdır. Çünki öz müqəddəratını təyin etmə prinsipi ancaq xalqlara aiddir. Azərbaycan dövləti həmişə öz erməni əsilli vətəndaşlarının hüquq və təhlükəsizliyini təmin etməyə hazır olduğunu bəyan edib”.
Deputat bu gün Ermənistanda keçirilən aksiyaların Azərbaycanla aparılan danışıqlara təsirinin mümkünsüzlüyündən danışıb: “Bu aksiyalar daha çox revanşistlərin maraqları müstəvisində baş verir. Heç də geniş bir ictimai dəstək yoxdur. Çünki Ermənistan cəmiyyəti müharibədən sonra keçirilən növbədənkənar seçkilərdə indiki Nikol Paşinyan iqtidarına səs verdi. Ona görə də, revanşislələrin “Qarabağ klanı”nın yenidən Ermənistanda ictimai dəstək qazanması mümkün görünmür”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























