Xəbər lenti
Co Baydendən Azərbaycanla bağlı qərar
ABŞ Prezidenti Co Bayden Azərbaycana yeni səfirin namizədliyini irəli sürüb.
Manevr.az xəbər verir ki, Prezident Bayden Mark Libbinin ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyini irəli sürüb.
Qeyd edək ki, bu ilin iyulunda ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbergerin səlahiyyət müddəti başa çatır.
Nazir-müşaviri rütbəsinə malik olan Mark V. Libbi hazırda Vaşinqtonda, Milli Müharibə Kollecində çalışır.
O, 2021-ci ilin iyununadək ABŞ-ın Brüsseldə Avropa İttifaqı yanındakı missiyasında müvəqqəti işlər vəkili, missiya rəhbərinin müavini kimi çalışıb. O, müxtəlif illərdə Varşava, Nassau, Nikosiya və Bağdada siyasi müşavir kimi də işləyib.
Diplomat Vaşinqtonda Dövlət Departamentinin Əməliyyat Mərkəzində Böhranların İdarə Edilməsi üzrə Direktor müavini, Mərkəzi Avropa İşləri Ofisində Direktor müavini, Cənubi Avropa İşləri İdarəsinin direktoru və Xarici Xidmət İnstitutunda Orientasiya Direktoru postlarında işləyib.
O, Massaçusetsdəki Tafts Universitetindən bakalavr dərəcəsinə malikdir və həmçinin Parisdəki “Institut des Etudes Politiques” (“Sciences-Po”) da təhsil alıb, həmçinin Milli Hərbi Kollecdə magistr dərəcəsi qazanıb.
Polyak və fransız dillərini mükəmməl bilir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar