Mayın 24-ü saat 09:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, arabir yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub, şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, düşən yağıntının miqdarı Kişçayda (Şəki) 28 mm, Göygöldə 27 mm, Ləzədə 26 mm, Şahdağda 25 mm, Qudyalçay-Xınalıqda 24 mm, Qrızda 23 mm, Sarıbaşda (Qax) 21 mm, Şəkidə 20 mm, Qusarda 15 mm, Daşkəsən, Qubada 14 mm, Gəncə, Xınalıq, Tovuzda 12 mm, Ağstafa, Gədəbəydə 10 mm, Balakən, Qəbələdə 9 mm, Ağdam, Mingəçevirdə 8 mm, Göyçay, Zaqatala, Oğuzda 7 mm, Ağdərə (Ordubad), Şəmkir, Bərdə, Yevlaxda 5 mm, Naftalan, Sədərək, Ceyrançöl, Qobustan, Altıağac, Zərdabda 4 mm, Beyləqan, Astara, Xaltanda 3 mm, Tərtər, Cəfərxan, Şabranda 2 mm, Naxçıvan, Şərur, İmişli, Sabirabad, Salyan, Hacıqabul, Biləsuvarda 1 mm, Bakıda və Abşeron yarımadasında: Maştağa, Bakıda 2 mm, Sumqayıt, Binə, Pirallahıda 1 mm-dək olub.
Mayın 23-də saat 15:04-15:05 radələrində Daşkəsən rayonuna, 17:35-17:38 radələrində isə Şirvan şəhərinə xırda dənəli dolu düşüb.
Şimal-qərb küləyinin sürəti arabir Naftalan, Ağdam, Gəncədə 28 m/s, Balakən, Mingəçevirdə 25 m/s, Şəmkir, Tovuzda 24 m/s, Tərtər, Ağstafada 22 m/s, Zaqatalada 20 m/s, Kəlvəzdə 19 m/s, Naxçıvan, Ceyrançöl, Cəfərxan, Şəmkir, Bərdə, Göyçay, Salyanda 18 m/s, Şirvanda 17 m/s, Biləsuvar, Şabran, Gədəbəydə 16 m/s, Şərurda 15 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 31 m/s, Pirallahıda 26 m/s, Neft Daşlarında 25 m/s, Çilov adasında 24 m/s, Ələt, Sumqayıtda 22 m/s, Binədə 19 m/s, Maştağada 18 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.5 metrə çatıb.
Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti mayın 25-dək, yağıntılı hava şəraiti isə mayın 26-sı səhərədək davam edəcək.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar