Xəbər lenti
SOCAR fırtınaya hazırdır

Bu gəmiləri Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi əldə edəcək.
Xəzər dənizinin Azərbaycan sularında yanğın əleyhinə, yanğın hadisələrinin qarşısını alaraq təhlükəsizliyi təmin edən xüsusi və ən müasir gəmilərin istismarı nəzərdə tutulub.
Odessa Dəniz Mühəndisliyi Bürosunun direktoru Gennadi Yeqorov açıqlamasında bildirib.
"Biz "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (AXDG) ilə əməkdaşlıq edirik və gələcək üçün birgə planlarımız var. Bu gəmilər Xəzərdə istənilən hava şəraitində yanğının qarşısını alıb, söndürə və insanları xilas edə bilər. Belə gəmilər Xəzər üçün çox önəmli su nəqliyyat vasitələridir", - deyə G.Yeqorov qeyd edib.
Onun sözlərinə görə, AXDG həmçinin tankerlər, kran-montaj gəmiləri, təchizat gəmiləri də almağı planlaşdırır:
"Bu planlar eskiz şəklində mövcuddur və Gəmçiliyin dəniz parkının genişlənməsi dövlət maliyyəsi hesabına həyata keçirilir".
Xatırladaq ki, hazırda Bakı Gəmiqayırma Zavodunda odessalı mütəxəssislərin də iştirakı ilə 132 mln. manat dəyərində iki unikal gəmi-bərə tikilir. "Report"
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar