Xəbər lenti
"Xalq Prezidentinin ətrafında sıx birləşməklə sübut etdi ki, Qarabağ millətimizin ləyaqət rəmzidir" - Deputat
Aqil MƏMMƏDOV,
Millət vəkili
Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev cənablarının rəhbərliyi altında əldə olunan böyük Zəfərdən illər keçdikcə, qələbə ilə nəticələnən döyüşlərin gedişi, nəticələri, yaratdığı dəyişikliklər və s. bu gün də daha dərindən araşdırılmaqdadır. Yəni, yerli və xarici tarixçilər, hərbi sahəsi üzrə məşğul olan tədqiqat mərkəzləri, bir çox ekspertlər yalnız 44 günlük döyüş əməliyyatları dövrünü deyil, eyni zamanda müharibədən əvvəlki və sonrakı mərhələləri də təhlil edib öyrənməkdədirlər.
Hər kəs əmin ola bilər ki, əldə etdiyimiz bu parlaq Qələbə əsasında mükəmməl tarixi salnamələr ərsəyə gətiriləcək və gələcək nəsillər tarixin gedişini dəyişən 44 günlük Vətən müharibəsi haqda lazımi məlumatları da əldə edə biləcəklər. Sözsüz ki, bu tarixin yazılmasında Ali Baş Komandan möhtərəm Prezidentimizin xüsusi rolu var. Qeyd edək ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri 2020-ci ilin 27 sentyabrında Ermənistanın hərbi təcavüzünə cavab olaraq, işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatlarına başladı. Həmin vaxtlarda xalqımız bütünlüklə dövlət başçısının ətrafında səfərbər oldular.
Bəli, tarixi torpaqlarımız otuz ilə yaxın idi ki, yağı düşmənin tapdağı altında qalmışdı və həmin illər ərzində mənfur qonşumuzun Azərbaycana qarşı törətdiyi hərbi təxribatlar müntəzəm xarakter alırdı. Ona görə də son anda Azərbaycan tərəfi düşmənə tutarlı cavab vermək zorunda qaldı. Şanlı aprel döyüşlərindən nəticə çıxarmayan işğalçı Ermənistan, 2020-ci ilin iyul və avqust aylarında növbəti dəfə hərbi təxribatlara əl
atdı və həmin ilin 27 sentyabrında baş verənlər isə, məhz bizim səbrimizi daşıran son damla oldu. Yəni, həmin günün səhər saatlarında Vətən müharibəsi başladı və bütün Azərbaycannın nəzər-diqqəti cəbhəyə kökləndi, hər kəsin qəlbi Vətən naminə döyündü. Vətən müharibəsinin ilk günündən xalq öz Prezidentinin ətrafında sıx birləşməklə bütün dünyaya sübut etdi ki, Qarabağ millətimizin milli ləyaqət rəmzidir. Ona görə də Azərbaycan xalqı Qarabağ arzusundan bir addım olsa belə geri çəkilməyib. Faktdır ki, son 19 il ərzində Prezident İlham Əliyevin həyata keçirdiyi quruculuq prosesi ona gətirib çıxardı ki, müharibədə Prezident-Ordu-Xalq birliyi qalib gəldi və düşmən işğal altında saxladığı dədə-baba torpaqlarımızdan it kimi qovuldular. Hər kəs canlı şahid oldu ki, Vətən müharibəsində xalqımız Qarabağın işğaldan azad olunması üçün lazımi iradəsini ortaya qoydu. Ötən illər ərzində həyata keçirilən ordu quruculuğu prosesi, formalaşan vətənpərvərlik hissi düşmən çəpərinə çevrildi, qəhrəman əsgər və zabitlərimiz bütün döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirdilər. Müharibənin ilk günlərindən başlayaraq strateji yüksəkliklər ələ keçirildi və bunun nəticəsi olaraq daha əlverişli mövqelərə sahib olduq. Ötən otuz ilə yaxın müddət ərzində Ermənistan rəhbərliyi “güclü ordusu”nun olması haqqında uydurmaları ortaya atdı. Amma, müharibənin gedişində hər şey hər kəsə, hətta bütün dünyaya da bəyan oldu. Yəni, sübut olundu ki, “yenilməz Ermənistan ordusu” barədə yayılanlar mifdən, boş-boş xülyalardan başqa bir şey deyil və Azərbaycan dövləti dünya standartlarına uyğun ordu formalaşdırıb ki, bu ordu öz gücü döyüş meydanında göstərdi. Baxmayaraq ki, biz otuz ilə yaxın müddət ərzində münaqişənin dinc yolla həllinə nail olmaq istəyirdik. Amma işğalçı dövlət isə, hər dəfə danışıqlar prosesini pozmağa çalışdı və ortaya müxtəlif bəhanələr də atdı. Elə ki, 44 günlük Vətən savaşı başladı, o halda möhtərəm Prezidentimiz İlham Əliyev dəfələrlə bəyan etdi ki, “dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz, heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik!”. Bəli, ölkə rəhbərinin belə bir müdrikliyi, qətiyyəti, yenilməzliyi müharibədən Azərbaycanın qalib çıxmasına başlıca səbəb oldu. Fakt ondan ibarət oldu ki, Azərbaycanın Silahlı Qüvvələrinin qarşısında Ermənistan tərəfi duruş gətirə bilmədi, işğalçı ölkə bütün hərbi resurslarını itirdi, döyüşlərdə uduzduğunu anlamağa başlayanda isə, özünü xilas etmək üçün müxtəlif vasitələrə əl atdı. Yəni, sərhəd zolaqlarından xeyli aralı məsafədə yaşayan dinc sakinləri atəşə tutdu, gecə saatlarında insanların başına ballistik bombalar atdılar. Bütün bunlar xalqımızı qorxuda bilmədi, əksinə bizi daha da yenilməz etdi. İşğalçı erməni ordusundan fərqli olaraq Azərbaycan Ordusu isə, mənfur düşmənin cavabını döyüş meydanlarında verdi və heç zaman mülki əhaliyə atəş açmadı.
Müharibənin davam etdiyi günlərdə hər dəfə Prezident İlham Əliyev yeni yaşayış məntəqələrinin işğaldan azad olunması xəbərini xalqımıza çatdıranda, qələbə müjdəsi hər kəsdə böyük sevinc hissi yaradırdı. Hətta, azad olunmuş ərazilərdəki infrastrukturun dağıdılması xəbəri belə, xalqımızın qələbə əzminə heç bir təsirini göstərmədi. Bəli, hər kəs təsdiq edə bilər ki, döyüş meydanlarında əldə olunan parlaq qələbələr Azərbaycan Prezidentinin uzaqgörənliyini, onun hadisələrə fərqli yanaşma bacarığını ortaya qoydu və bu da xalqımızın öz liderinə sonsuz inamının, ona göstərdiyi etimadın təntənəsi oldu. Müharibə başa çatdıqdan sonra işğalçı Ermənistanda bəzi qüvvələr yenidən müharibə ab-havası altında baş qaldırmağa cəhd etdikdə, Azərbaycan Prezidenti “əgər kimsə revanş haqqında düşünürsə, o halda bizim dəmir yumruğumuzu bir daha görəcək” dedi. Bəli, bu dəmir yumruq düşmənin belini qırdı, onların başını əzdi. Prezident düşmənə “əgər bizə qarşı bundan sonra da hər hansı bir təxribat törədilərsə, o halda cavabımız çox sərt olacaq. Ona görə də Ermənistan tərəfi dərk etməlidir ki, biz istənilən hərbi vəzifəni icra edəcəyik və bizi heç kim dayandıra bilməz. Revanş haqqında düşünənlər Azərbaycanın dünyaya nümayiş etdirdiyi XXI əsrin müharibə nümunəsini unutmasınlar” cavabını verdi.
Onu da qeyd edək ki, Azərbaycanın milli mənafelərinin qorunmasına yöndə Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu da, müharibənin gedişində olduqca böyük rol oynadı. Çünki, möhtərəm Prezidentimiz Vətən müharibəsi başlayana qədər hər zaman xarici siyasətini xoş niyyətlər üzərində davam etdirdi və bu gün də bu yöndə davam etdirməkdədir. Yəni, bütün ölkələrlə qarşılıqlı hörmət və bir-birinin işinə qarışmamaq prinsiplərinə əsaslanan münasibətlərin formalaşmasına nail olmaq, ölkə rəhbərimizin əsas amalıdır. Bəli, bu cür yanaşma bütün dünyada, beynəlxalq aləmdə qəbul edilən əsas prinsipdir. Belə bir səbəblər üzündəndir ki, hal-hazırda Azərbaycan Respublikası dünyada ən etibarlı tərəfdaş ölkələrdən biri olaraq qəbul olunur. Məsələn, bu gün ölkəmiz İslam Əməkdaşlığı Təşkilatının fəal üzvüdür, Avropa İttifaqı ilə yaxın münasibətlərini davam etdirir və bu qurumun bir neçə ölkəsi ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb. Bir sözlə, indiyə kimi Azərbaycanın yürütdüyü xarici siyasət kursu bizə çoxlu dostlar qazandırıb. Hətta, ölkəmiz BMT Təhlükəsizlik Şurasının mandatı əsasında təsis edilmiş beynəlxalq sülhməramlı əməliyyatlara da qoşulub. Bütün bunlar onu sübut edir ki, 44 gün ərzində davam edən Vətən müharibəsində Azərbaycan Respublikası təkcə döyüş meydanında deyil, eyni zamanda diplomatiya sahəsində də lazımi uğurları əldə edə bildi. Real fakt ondan ibarətdir ki, bu qələbə istisnasız olaraq Prezident İlham Əliyevin diplomatiyasının ən böyük uğurudur. Möhtərəm Prezidentimiz başda olmaqla xalqımızın əldə etdiyi parlaq qələbə, bir daha bizim bir xalq olaraq gücümüzü, qətiyyətimizi göstərdi, Azərbaycanın qabil olduğu lazımi potensialı bütün dünyaya nümayiş etdirdi. Bütün bunları düşmən də, onun havadarları da gördülər. Son anda o da sübut olundu ki, ötən otuz ilə yaxın müddət ərzində Azərbaycan öz haqlı mövqeyindən bir addım olsa belə geri çəkilmədi və işğalçını sülhə məcbur etmək, düşmənə layiq olduğu yerini göstərmək, həyata keçirilən təxribatların qarşısını almaq üçün Vətən müharibəsinə başladı. Biz bu müharibəyə başlamaqla, həm də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin arzusunun, onun öz davamçısına etdiyi vəsiyyətin tarixi reallığa çevrilməsinin canlı şahidi olduq. Bəli, İlham Əliyev ata vəsiyyətini yerinə yetirməklə Azərbaycan tarixinə şanlı səhifə yazdı.
8 noyabr 2020-ci il xalqımızın yaddaşına birdəfəlik həkk olundu. Çünki, həmin gündə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarının rəhbərliyi altında rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik olan Şuşa şəhərini yağı düşmən tapdağından azad etdi. Bununla da 44 gün ərzində həyata keçirilən uğurlu əks-hücum əməliyyatlarının sırasında Şuşa şəhərinin azad olunması, məhz mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Eyni zamanda Azərbaycan tərəfinin düşmən qüvvələri üzərində qələbə çalması sübuta yetirildi. Bəli, Azərbaycanın milli və dövlətçilik maraqlarını hər zaman hər şeydən üstün tutan möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyev, 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində bildirdi: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!” Azərbaycan Prezidentinin dekabrın 3-də imzaladığı Sərəncama əsasən, noyabrın 8-i bayram günləri sırasına daxil olunub və hər il bu gün ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunacaq.
Qeyd edək ki, Vətən müharibəsi başa çatdıqdan sonra, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva, müharibədə şəhid olanların ailə üzvlərini, yaralıları, müharibə iştirakçılarını və s. heç zaman unutmadı. Hər zaman onlara qarşı qayğı və dəstəyini ifadə etdi, xətəxanalarda müalicə olunan yaralı əsgər və zabitlərlə görüşdü, onlara məxsus problemlərin həlli istiqamətində aidiyyatı üzrə lazımi tapşırıqlarını verdi. Bu gün hansısa şəhid ailəsinin üzvü, yaxud da digər imtiyaz sahibi olanlar problemlərlə üz-üzə qalırlar, o halda onlar daha çox müraciətlərini hörmətli Mehriban xanıma ünvanlayırlar. Bəli, bugünə kimi Birinci vitse-prezidenti göstərdiyi diqqət və qayğı, sanki hər kəsin ümid çırağına çevrilib.
Artıq həyatımızda yeni dövr başlayır və bu dövrün özünəməxsus özəllikləri olacaq. Bundan sonra biz ölkəmizin beynəlxalq münasibətlərdə yürütdüyü siyasətin yeni konturlarını görəcəyik. Hətta, ikitərəfli və çoxtərəfli əlaqələrdə yeni əməkdaşlıq parametrlərini də müşahidə edəcəyik. Ən önəmli məqamlardan biri də o oldu ki, dünya bu müharibədən sonra bir növ Azərbaycanı yenidən kəşf etdi, bizim ölkəmiz haqqında, malik olduğu güc haqqında beynəlxalq aləmdə lazımi təsəvvür formalaşdı. Bu müharibədən sonra dünya onu gördü ki, heç zaman Azərbaycanla təhdid dilində danışmaq olmaz. Çünki, biz xalqımızın, dövlətimizin maraqlarını hər şeydən hər zaman üstün tuturuq və ölkəmizdə mövcud olan Xalq-Lider vəhdəti doğma Azərbaycanımızın xoşbəxt gələcəyinin qarantıdır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar