Xəbər lenti
Şeyxin qudası Rəsul Quliyevə uduzdu
Bu gün Sabunçu Rayon Məhkəməsində sabiq deputat Hacı Qalib Salahzadənin Gələcək Azərbaycan Partiyasının (GAP) sədri İbrahimov Ağasif Şakiroğluna qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.
Manevr.az bildirir ki, məhkəmə Qalib Salahzadə və digərlərinin iddialarını təmin etməyib.
İddiaçılar qeyd ediblər ki, Daxili İşlər Nazirliyinin istirahət evinin cənub-şərq hissəsində yerləşən Bilgəh qəsəbəsi, Zaqulba şossesi 1, 2 və 3 ünvanlarında olan tikililər Ağasif Şakiroğlu tərəfindən zəbt edilib.
Məhkəmədən xahiş olunub ki, qeyd olunan ünvandakı torpaq və evlərin boşaldılaraq sahiblərinə verilməsi təmin edilsin.
Q.Salahzadə bildirib ki, mübahisəli ərazidə GAP lideri Rəsul Quliyevin dünyasını dəyişmiş bacısı Ceyran Quliyevanın da adına torpaq sahəsinin olduğu iddia edilir. Amma Ceyran Quliyevanın oğlu Elbrus Quliyev mülk davası aparmadığı halda, Rəsul Quliyevin ABŞ vətəndaşları olan övladları Ağasif Şakiroğlunun vasitəsilə torpaq sahələrini qanunsuz zəbt ediblər.
Q.Salahzadə məhkəmə qərarından yuxarı instansiyaya şikayət edəcək.
Qeyd edək ki, Hacı Qalib Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudasıdır."qafqazinfo"
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar