Xəbər lenti
"Kvota aşağı salınsa təsərrüfatlar Kəlbəcər torpaqlarının bərəkətindən yararlana bilərlər" - Deputat
"Müvafiq qurumlara, o cümlədən, Kənd Təsərrüfatı Nazirliyinə təklif edərdim, hər iki təsərrüfat üzrə kvotanı aşağı salsınlar ki, daha çox təsərrüfatlar Kəlbəcər torpaqlarının bərəkətindən yararlana bilsinlər"
Manevr.az bilirir ki, bunu deputat Aqil Məmmədov parlamentin dünən keçirilən iclasında işğaldan azad edilən Kəlbəcər rayonuna mövsümü köçürülən təsərrüfatla bağlı məsələyə toxunaraq deyib.
Aqil Məmmədov bildirib ki, "seçicilərlə görüşlərdə qaldırılan məsələlər içərisində daha çox arıçılıq və qoyunçuluq təsərrüfatlarının işğaldan azad edilmiş Kəlbəcər rayonu ərazisinə buraxılması istənilir. Keçən il də, bu il də təsərrüfatların rayon ərazisinə buraxılması üçün xüsusi kvota müəyyən edilib. Bu arı ailəsi sayına və qoyun təsərrüfatında qoyun sayına əsasən müəyyən edilir. Kvotanın tələbinə cavab verməyən, yəni nisbətən az arı ailəsi və qoyun sürüsü olan təsərrüfatlar bu imkandan kənarda qalırlar.
Bu baxımdan, mən müvafiq qurumlara, o cümlədən, Kənd Təsərrüfatı Nazirliyinə təklif edərdim, hər iki təsərrüfat üzrə kvotanı aşağı salsınlar ki, daha çox təsərrüfatlar Kəlbəcər torpaqlarının bərəkətindən yararlana bilsinlər.
Əlbəttə, burada əsas diqqət əhalinin təhlükəsizliyi ilə bağlıdır. Mina partlaması nəticəsində bədbəxt hadisələr bu gün də yaşanır. Ərazilərin minalardan təmizlənməsi işi hesab edirəm ki, Kəlbəcər rayonu ərazisində də geniş şəkildə aparılmalıdır. Bu, həm orada xidmət keçən hərbçilərimizin, həm də ərazidə çalışan, işləyən vətəndaşlarımızın təhlükəsizliyi, həmçinin, böyük qayıdışın sürətləməsi üçün əhəmiyyətlidir", - deyə o bildirib.
Nigar Nəriman
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar