Xəbər lenti
İsmayıllıda “Şuşa ili”nə həsr olunmuş tədbir keçirilib

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şuşanın tarixi və mədəni irsinə həsr olunmuş tədbiri giriş nitqi ilə açan məktəbin direktoru Rusan Qasımov Şuşanın Azərbaycan mədəniyyətində və tariximizdə tutduğu yüksək mövqe haqqında fikirlərini bildirib. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan Əsgərinin qəhrəmanlığı sayəsində qazanılan şanlı Zəfərdən bəhs edib. Bildirib ki, doğma Qarabağın, o cümlədən Azərbaycan mədəniyyətinin paytaxtı Şuşanın düşmən işğalından azad olunmasının hər birimizə sonsuz fəxarət və qürür hissləri bəxş edir. Tariximizə Zəfər günü kimi həkk olan Şuşa qalibiyyətinin xalqımızın qəhrəmanlıq dastanına çevrildiyini və daim xatırlanacağını vurğulayan məktəb direktoru torpaqlarımızın azadlığı uğrunda canından keçən ölməz şəhidlərimizə rəhmət, qazilərə isə şəfa diləyib.
Tədbirdə çıxış edən şagirdlər Şuşa şəhərinin yaranması və tarixi haqqında iştirakçılara məlumat veriblər, şeirlər səsləndiriblər. Məktəblilərin təqdimatında Xalq Şairi Səməd Vurğunun “Vaqif” dramından ədəbi-bədii kompozisiya təqdim olunub.
Sonda təqdim edilən “Şuşanın dağları” musiqisinə hazırlanmış rəqs və “Qarabağ” mahnıları da izləyicilərin marağına səbəb olub.





Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
İsmayıl İmanzadə
KƏRAMƏT
Sevinc Qərib
Sevinc Qərib
KƏRAMƏT
Sevinc Qərib
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar