Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Dünyaya örnək əsl lider - Firad Əliyev

Tarix: 10-05-2022 21:28     Baxış: 2427 A- / A+

Uca Allahın Azərbaycana və millətimizə lütf edərək xilaskar əta etdiyi tarixi gündən 99 il ötür. Tanrı nəhəng şəxsiyyəti məhz tarixin bu günü-1923-cü il mayın 10-da bəxş edib. Fərəhləndirici və qürurvericidir ki, millətimizin və dövlətçiliyimizin taleyində misilsiz rolu olan, müasir Azərbaycanın memarı və qurucusu, müstəqilliyimizin xilaskarı, ölkəmizi davamlı inkişaf yoluna çıxarmaqla beynəlxalq birliyə qovuşdurmuş dünya miqyaslı böyük siyasi xadim-Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü həm respublikamızda, həm də onun hüdudlarından çox-çox uzaqlarda yüksək təntənə ilə qeyd edilir, əbədiyaşar liderimizin parlaq xatirəsi dərin ehtiramla yad olunur. Hər il olduğu kimi, bu il də həm Baş Prokurorluqda, həm də Hərbi Prokurorluqda Ulu Öndərin doğum gününün növbəti ildönümü qeyd olunub, dahi insanın əziz və unudulmaz xatirəsi hörmətlə yad edilib. Əminik ki, qərinələr, əsrlər keçsə belə bu ənənə davam edəcək.
                                 Firad Əliyev

Manevr.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri, hüquq üzrə magistr Firad Əliyevin “Dünyaya örnək əsl lider” sərlövhəli məqaləsində əksini tapıb. Məqaləni təqdim edirik.
Şərəfli ömrünü xalqına və Azərbaycanın çiçəklənməsinə həsr etmiş ümummilli lider Heydər Əliyev hələ 1969-cu il iyulun 14-dən-birinci dəfə ölkəmizə rəhbərlik etdiyi ilk günlərdən milli məfkurənin formalaşdırılmasını və Azərbaycanı hərtərəfli və sürətli inkişaf etdirməklə müstəqil dövlətə çevirməyi qarşısına məqsəd qoydu. Onun Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçilməsindən sonra Azərbaycan tarixi tam fərqli, yeni mərhələyə qədəm qoydu ki, bu da Azərbaycana və azərbaycanlılara qarşı münasibətin tədricən dəyişməsinə səbəb oldu. Bununla da, iqtisadi, sosial, siyasi, mədəni və digər sahələrdə tənəzzül dövrünü yaşayan ölkəmizdə dinamik və çoxşaxəli yüksəlişin, milli ruhun təşəkkül tapmasının əsası qoyuldu. Müdrik lider Heydər Əliyev fitri istedadı, tükənməz gücü, parlaq zəkası, uzaqgörən düşüncəsi, dərin məntiqi, polad iradəsi və dönməz qətiyyəti sayəsində Azərbaycanı parlaq gələcəyə aparan yolu hələ o dövrdə müəyyənləşdirdiyi və sonradan ölkəmizin həmin yolu uğurla getməsini yüksək məharətlə təmin etdiyi üçün Azərbaycan tarixinin 1969-2003-cü illəri əhatə edən dövrü yaddaşlara “Heydər Əliyev dövrü” kimi həkk olunub. Böyük şəxsiyyət Heydər Əliyev elə o dövrdə, təbii ki, mövcud olan ideologiyaya kəskin zidd olmayan formada olsa belə, Azərbaycanda milli ruhun sıxışdırılmasına qəti olaraq imkan verməyərək, onu yüksəltmək yolunda bütün vasitələrdən mümkün dərəcədə istifadə edirdi. Təsadüfi deyil ki, onun ilk dəfə hakimiyyətə gəlişi özünəqayıdışın, özünüdərkin, milli ruhun, azərbaycançılıq məfkurəsinin formalaşmasının başlanğıcı kimi qəbul edilir. Məhz həmin dövrdən etibarən əsası qoyulan Heydər Əliyev fəlsəfəsinin prioritet istiqamətini xalqın milli özünüifadəsinin bütün üsul və vasitələrinin geniş formalaşdırılmasına, milli şüurun möhkəmlənməsinə və millətin qürur hissinin yüksəlişinə təkan verən strategiyanın reallaşdırılması təşkil edirdi. Dövrümüzün böyük mütəfəkkiri Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi milli özünüdərk duyğuları, azərbaycançılıq fəlsəfəsi xalqın tarixi yaddaşını özünə qaytarmaqla, milli ruhun sürətli yüksəlişini təmin edərək, müstəqil dövlətçiliyimizin yaranması üçün zəruri olan, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratdı.
Ötən əsrin 70–ci illərindən formalaşan iqtisadi potensialın inkişafı azadlıq mübarizəsini zəruri edən amillərdən olduğundan 80-ci illərin sonu, 90-cı illərin əvvəlində müstəqillik hərəkatının vüsət alması da ulu öndər Heydər Əliyevin birinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə reallaşan iqtisadi yüksəliş və ona paralel olaraq, azərbaycançılıq, həmrəylik, mübarizlik ruhunun təşəkkül tapması sayəsində mümkün oldu.
Müstəqilliyin itirilməsi və dövlətçiliyin məhv olması təhlükəsi qarşısında qaldığı zaman nicatın məhz vətənpərvər aqil insanda-Heydər Əliyevdə olduğunu yaxşı dərk edən Azərbaycan xalqı 1993-cü ilin iyununda Ümummilli Liderə müraciət edərək onun hakimiyyətə gəlməsini israrla tələb etdikdə, o, qarşıda onu gözləyən çətinlikləri əvvəlcədən görməsinə baxmayaraq, heç nədən və heç kimdən çəkinmədən yenə də xalqının yanında olmağa qərar verdi. Hər kəsə məlumdur ki, 1991-ci il oktyabrın 18-də dövlətimiz müstəqillik əldə etsə də, aqil lider Heydər Əliyev hakimiyyətə qayıdanadək ölkə çətin durumda olub, 1993-cü ilin əvvəllərində isə hətta müstəqilliyin itirilməsi təhlükəsi ilə üzləşib. Tarixi ərazilərimizin işğal olunduğu, iqtisadi tənəzzülün sürətləndiyi, ciddi hakimiyyət böhranının yaşandığı, anarxiyanın hökm sürdüyü, ölkənin vətəndaş müharibəsi astanasında və dövlət müstəqilliyinin itirilməsi təhlükəsi qarşısında qaldığı bir zamanda, Azərbaycanı bu vəziyyətdən çıxara biləcək yeganə insan, hərtərəfli potensiallı və cəsarətli müdrik şəxsiyyət 1993-cü il iyunun 15-də yenidən siyasi hakimiyyətə gəlməsəydi xalqı daha böyük fəlakətlər gözləyirdi. Uzaqgörən rəhbər yüksək peşəkarlıqla müstəqilliyimizi hifz edərək dövlətçiliyi möhkəmləndirməklə ölkəmizi inkişafa doğru yönəltdi, bununla da milli varlıq və idrakın, özünüdərkin ali təzahür forması olan əsl müstəqil dövlət ideyasını uğurla gerçəkləşdirdi və dirçəliş dövrü başladı. Zaman göstərdi ki, yalnız Heydər Əliyev kimi ali bəşəri keyfiyyətlərə, geniş siyasi dünyagörüşünə, möhkəm iradəyə, sarsılmaz qətiyyətə, mükəmməl idarəçilik qabiliyyətinə malik hərtərəfli insan Azərbaycanın dövlət müstəqilliyini qorumaqla möhkəmləndirmək və xalqı xilas etmək kimi ağır tarixi tapşırığın öhdəsindən gələ bilərdi. Azərbaycana növbəti dəfə rəhbərlik edən müdrik lider Heydər Əliyev yeni iqtisadi sistemə keçidin inkişaf üçün vacibliyi prinsipini irəli sürməklə yanaşı, eyni zamanda, keçid prosesində əhalinin sosial maraqlarının təminatını, xüsusən aztəminatlı insanların sosial müdafiəsini, iqtisadi potensialın ilk növbədə xalqın rifahına yönəldilməsini dövlət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirdi. Ulu öndər Heydər Əliyevin strategiyası bazar iqtisadiyyatına keçid şəraitində aparılan islahatların əhalinin rifahına mənfi təsirinin mümkün qədər azaldılmasını və köklü iqtisadi islahatlar şəraitində etibarlı sosial müdafiə sisteminin qurulmasını şərtləndirdi. Ümummilli Liderin ikinci dəfə respublikamıza rəhbərliyinin ilk illərində Azərbaycan vətəndaş müharibəsindən təzəcə qurtulmuş, atəşkəs rejimini yenicə əldə etmiş dövlət olduğundan, həmin vaxtlarda böyük investorların diqqətini ölkəmizə cəlb etmək çox müşkül, mümkünsüz məsələ idi. Azərbaycanın müstəqil dövlət kimi varlığı və inkişaf etməsi üçün respublikanın iqtisadi potensialı əsas şərt sayılsa da, bu potensialdan səmərəli istifadənin çox mühüm əhəmiyyət kəsb etdiyini hər zaman vurğulayan ulu öndər Heydər Əliyev ölkədəki çətin vəziyyətə baxmayaraq, 1994-cü ilin sentyabrında Azərbaycanın parlaq gələcəyində mühüm rolu olan “Əsrin müqaviləsi” kimi bir tarixi müqavilənin bağlanılmasına müvəffəq oldu. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlini də Azərbaycan neftinin dünya bazarlarına çıxmasında gərgin əməyi və yorulmaz fəaliyyəti olan vətənpərvər şəxsiyyət Heydər Əliyev qoyub. Azərbaycanın dünyada böyük qaz potensialına malik olan dövlət olduğunu sübut edən böyük “Şahdəniz” layihəsinin və digər əhəmiyyətli layihələrin reallaşması da bu dahi insanın dühasının və müstəsna xidmətlərinin nəticəsi olub.
Ümummilli lider Heydər Əliyevin növbəti dəfə hakimiyyətə qayıdışından və Azərbaycana ikinci dəfə rəhbərlik etməyə başlamasından sonra respublikamızda ordu quruculuğunda da köklü islahatlar həyata keçirilməyə başlanılıb. Müstəqilliyimizin ilk illərində erməni təcavüzü, daxili çəkişmələr, yeni yaradılmış özünümüdafiə taborlarının ayrı-ayrı siyasi məqsədlərə xidmət etməsi bir tərəfdən torpaqlarımızın işğal olunmasına şərait yaradır, digər tərəfdən ordumuzun yaranmasına mane olurdu. Həmin vaxt başlıca vəzifələrdən biri də ölkə gəncləri arasında özünə inamı, vətənpərvərlik hissini, milli mübarizə əzmini və döyüş ruhunu yüksəltmək olduğundan, ulu öndər böyük siyasi səriştəyə, təcrübəyə və dünyagörüşünə malik rəhbər kimi bu reallığı düzgün qiymətləndirərək gənclərin könüllü hərbi səfərbərliyini təmin etmək üçün respublikada ideoloji-təbliğat işinin gücləndirilməsi üçün bütün mümkün zəruri tədbirlərin görülməsini təmin edir. Bu istiqamətdə görülən işlərin ən önəmlisi 1993-cü il noyabrın 2-də Ulu Öndərin xalqa müraciəti oldu. Kifayət qədər mürəkkəb bir dövrdə televiziya və radio vasitəsi ilə Azərbaycan xalqına, xüsusilə ölkə gəncliyinə müraciət edən müdrik rəhbər Heydər Əliyev cəbhə bölgəsində yaranmış vəziyyəti geniş şəkildə təhlil etməklə, uğursuzluqların səbəblərini dəqiqliklə göstərərək, ordunun siyasiləşdirilməsi hallarını qətiyyətlə pisləməklə, bəzi qüvvələrin çirkin siyasi məqsədlər naminə silahlı qruplaşmalar yaratdığını, dövlətçiliyə və xalqa qəsd yolu tutduğunu təəssüflə vurğulayaraq xalqı bütün bu uğursuzluqlara, ağrılı məqamlara məhəl qoymamağa, o cümlədən ölkə gənclərini ruhdan düşməməklə səfərbər olmağa, düşmənə qarşı layiqli müqavimət təşkil etməyə çağırdı. Bundan sonra bütün xalq, xüsusən də gənclər öz liderinin ətrafında daha da sıx birləşdi.
Ulu Öndərin mütəmadi olaraq ön cəbhəyə getməsi, səngərlərdə uzun müddət dayanmaqla Azərbaycanın mərd oğulları ilə bilavasitə ünsiyyətdə olması, onların qayğısına qalaraq problemləri və ehtiyacları ilə maraqlanması, xidmətdə fərqlənənləri elə yerində mükafatlandırması şəxsi heyətə əlavə güc verməklə, onlarda döyüş ruhunu yüksəldirdi. Eyni zamanda dövlətimizin başçısının Vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərin, o cümlədən Azərbaycanın Milli qəhrəmanlarının ailə üzvləri ilə görüşməklə, onların yanında olduğunu bildirməsi də bu sahədə görülən işlərə töhfə verirdi.
Cəbhədə gedən döyüş əməliyyatlarına ordu quruculuğunun elmi-təcrübi əsaslar üzərində və vahid komandanlıq prinsipi əsasında yüksək peşəkarlıqla həyata keçirilməsi də müsbət təsirini göstərirdi. Dövlət Müdafiə Şurasının ilk iclasında korrupsiyaya, cinayətkarlığa, Vətən qarşısında müqəddəs borcunu yerinə yetirməkdən boyun qaçıran şəxslərə qarşı ciddi mübarizə aparılacağının bəyan edilməsi və bu istiqamətdə atılan qətiyyətli addımlar da ordumuzun döyüş hazırlığının yüksəlməsinə böyük təkan verdi. Əvvəlcə qanunsuz hərbi dəstələr buraxıldı və Silahlı Qüvvələr tam dövlət nəzarətinə keçirildi. Bundan sonra, digər ölkələrin qanunvericilik təcrübəsindən istifadə olunmaqla və hərb tariximizə əsaslanılmaqla mükəmməl hərbi qanunvericilik bazası yaradılması prosesi başladı. Beləliklə də, görülən işlər qısa müddətdən sonra səmərəsini verdi və güclü Azərbaycan ordusu formalaşmağa başladı. Bunu görən və qəhrəman hərbçilərimiz tərəfindən aparılan uğurlu döyüş əməliyyatlarından təşviş içində olan düşmən 1994-cü il mayın 12-də atəşkəs haqqında müqaviləni imzalamaq məcburiyyətində qaldı. Bundan sonra, çağırış və səfərbərlik işi xeyli təkmilləşdirildi, ordumuzun daha da güclənməsi üçün bir çox zəruri tədbirlər həyata keçirildi, bütün bunların nəticəsində hərbi hissələrdə nizam-intizam möhkəmləndi və qanunun aliliyi prinsipi bərqərar oldu. Qeyd olunanlar gənclərdə Silahlı Qüvvələrə inamı və marağı artırmaqla xeyli insanın peşəkar hərbi qulluqçu kimi hazırlanmasına, hərbi ixtisaslara dərindən yiyələnməsinə rəvac verdi. Sadalananların hamısı gələcəkdə qazanacağımız zəfərə hesablanmışdı.
Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu strategiyasını dövrün tələblərinə uyğun reallaşdıran Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə bu sahədə həyata keçirilən köklü islahatların və kompleks tədbirlərin nəticəsi olaraq Silahlı Qüvvələrimizin maddi-texniki bazası möhkəmləndirilib, arsenalı ən müasir silah-sursat və hərbi texnika ilə zənginləşdirilib, hərbi qulluqçuların nəzəri və peşə bilikləri, mənəvi-psixoloji hazırlığı artırılıb, müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir Azərbaycan Silahlı Qüvvələri formalaşıb. Son illərdə keçirilən hərbi paradlar da göstərirdi ki, Azərbaycan Ordusu sürətlə inkişaf edərək arsenalını ən müasir silah və digər hərbi texnika ilə zənginləşdirib və Azərbaycanda dünyanın hərbi cəhətdən inkişaf etmiş dövlətlərinin malik olduqları hərbi gücə malikdir. Qeyd olunanlar hərbi uğurlarımızı şərtləndirdi və nəticədə 2016-cı ilin aprel, 2018-ci ilin may və 2020 ilin iyulunda, eləcə də həmin il sentyabrın 27-dən başlayaraq düşmənin törətdikləri növbəti təxribatlarının qarşısının alınması zamanı gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri gücünü, qüdrətini və yüksək döyüş hazırlığını, hərbçilərimiz isə peşəkarlığını və qəhrəmanlığını əyani şəkildə sübut edərək xalqımıza ardıcıl zəfərlər və nəhayət möhtəşəm qələbə qazandırıb. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı tarix yazan hərbçilərimiz düşmən üzərində parlaq qələbəmizi təmin edib, nəticədə hərbi və siyasi-diplomatik yolla 30 ilə yaxın müddətdə işğal altında olan dədə-baba torpaqlarımız azad edilərək, ölkəmizin ərazi bütövlüyü bərpa olunub.
Bütün bunlar Müzəffər Ali Baş Komandanın mükəmməl siyasətinin və sarsılmaz qətiyyətinin, dövlətimizin qüdrətinin, Silahlı Qüvvələrimizin gücünün, hərbi qulluqçularımızın qəhrəmanlığının və xalqımızın mübarizliyinin sıx vəhdətinin nəticəsində mümkün olub. Prezident İlham Əliyev deyib: “...heç bir xarici qüvvə Azərbaycan xalqının və dövlətinin iradəsini sındıra və onun qazandığı Qələbəyə kölgə sala bilməz...”.
Bütün sahələrə hərtərəfli diqqət göstərən nəhəng şəxsiyyətin prokurorluğa göstərdiyi yüksək qayğı barədə də söz açmağı prokurorluq işçisi olaraq özümə mənəvi borc hesab edirəm. Qeyd etmək lazımdır ki, Azərbaycan Prokurorluğu bir əsrə yaxın müddət, 80 il ərzində dövlətin etibarlı dayaqlarından biri kimi fəaliyyət göstərsə də, prokurorluq işçilərinin peşə bayramının qeyd edilməsinə dövlət tərəfindən heç bir təşəbbüs göstərilməyib, bununla əlaqədar hər hansı rəsmi tədbir görülməyib. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə hər il 1 oktyabr tarixinin prokurorluq işçilərinin peşə bayramı kimi qeyd olunması təkcə tarixi reallığın bərpa olunması deyil, həmçinin hakimiyyət orqanları sırasında xüsusi yeri olan prokurorluğun roluna rəsmi münasibətin və dövlət qayğısının yüksək səviyyədə təzahürü olub.
Prokurorluq orqanlarında aparılan hərtərəfli islahatların ilkin əsasını və qanunvericilik bazasını dahi rəhbərimizin təşəbbüsü əsasında 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası təşkil edib. Yeni qəbul edilmiş Konstitusiya ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmaqla yanaşı, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin, hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edildiyini özündə dəqiq əks etdirdi. Ali qanunumuzda ilk dəfə olaraq respublikanın dövlət quruluşu sistemində prokurorluğun layiqli yeri müəyyənləşdirilib, məhkəmə hakimiyyəti sisteminə daxil edilən prokurorluq orqanlarının statusu, təşkili, fəaliyyət istiqamətləri, səlahiyyət dairəsi və vəzifələri qanunvericilik qaydasında təsbit edilib. Ulu öndər Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında 1999-cu il dekabrın 7-də “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi isə qarşıda duran vəzifələrin uğurla həyata keçirilməsinə imkan yaratmaqla bərabər, prokurorluq orqanlarının daha da demokratikləşməsini, qanunçuluğun və insan hüquqlarının aliliyinin real təminatçısına çevrilməsini təmin edib. Bundan sonra, Beynəlxalq hüquq normalarına, demokratik prinsiplərə və milli ənənələrə uyğun hazırlanmış “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında”, “Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında”, “Prokurorluğun rəsmi emblemi haqqında” Azərbaycan Respublikası Qanunlarının və digər normativ-hüquqi aktların qəbul edilməsi nəticəsində prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənməsi prosesi dövrün tələblərinə və beynəlxalq standartlara cavab verən səviyyəyə yüksəlib. Ümummilli Liderin prokurorluq işçilərinin rifahına xidmət edən “Azərbaycan Respublikası Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 8 oktyabr tarixli Sərəncamı isə hər bir prokurorluq işçisində böyük ruh yüksəkliyinin yaranmasına səbəb olub.
Ulu Öndərin prokurorluq orqanlarının rəhbər işçilərinə verdiyi müdrik tövsiyə və göstərişlərin əsasında, Azərbaycan Respublikası Prokurorluğu orqanlarında aparılan, bu gün də yeni müstəvidə eyni intensivliklə davam etdirilən hərtərəfli islahatlar nəticəsində prokurorluğun fəaliyyətinin təkmilləşməsi və bunun üçün zəruri normativ-hüquqi bazanın yaradılması, ciddi tələbkarlıq şəraitinin formalaşdırılması, kadrların seçilməsinin yeni mütərəqqi formalarının tətbiqi təmin olunub, dövlətçiliyin, milli maraqların, insan hüquq və azadlıqlarının etibarlı qorunması, cinayətkarlığa qarşı mübarizə yüksək səviyyədə təşkil edilib. Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyimizin və xalqın maraqlarına, qanunun aliliyinin təmin edilməsinə və insan hüquqlarının müdafiəsinə xidmət edən sivil və demokratik qurum kimi formalaşması, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunverici və maddi-sosial bazanın yaradılması Ulu Öndərin ölkəmizdə bütün sahələrdə, o cümlədən prokurorluqla bağlı həyata keçirdiyi ardıcıl və çoxşaxəli islahatlar, prokurorluğa göstərdiyi böyük dəstək və qayğı sayəsində mümkün olub.
Ümummilli lider Heydər Əliyevin zamanı qabaqlayan mükəmməl siyasətini zamanın tələbləri ilə uzlaşdırmaqla layiqincə davam etdirən Prezident İlham Əliyevin hərtərəfli bilikləri, dərin düşüncəsi, sarsılmaz iradəsi, qətiyyəti, yorulmaz fəaliyyəti, eləcə də xalqımızın müdrikliyi və əzmkarlığı sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürür, dövlətimiz bütün sahələr üzrə inkişaf edərək durmadan qüdrətlənir, eləcə də regionların tarazlı tərəqqisi təmin edilir və əhalinin rifahı daha da yaxşılaşır. Dövlətimizin qüdrətlənməsi prosesi müxtəlif illərin göstəriciləri ilə də təsdiqini tapıb. Ölkəmizdə ilbəil qeyri-neft sənayesi, kənd təsərrüfatı, eyni zamanda, orta əməkhaqqı, orta pensiya və digər müavinətlər artır. Qeyd olunanlarla bərabər valyuta ehtiyatlarımızın qorunub saxlanılması və manatın məzənnəsinin sabitliyi də təmin edilir. Sadalananlarla yanaşı reallaşdırılması nəzərdə tutulan tədbirlərdən və işlərdən heç birinin, o cümlədən hər hansı bir sosial layihənin icrası təxirə salınmır. Vurğulanmalıdır ki, ölkəmizin sürətli inkişafı beynəlxalq təşkilatlar tərəfindən də hər zaman yüksək qiymətləndirilir.
Qeyd etmək zəruridir ki, dövlətimizin hərtərəfli inkişaf edərək qüdrətlənməsində, həmçinin ölkəmizin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində, milli-mənəvi dəyərlərimizin və mədəniyyətimizin dünyada tanınmasında zəngin elmi biliklərə, iti zəkaya və yüksək idarəçilik qabiliyyətinə malik böyük qəlbli insanın-Azərbaycanın Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyasının sədrinin birinci müavini, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir.
Uzaqgörən şəxsiyyət Heydər Əliyevin qurub-yaratdığı, dünya dövlətləri sırasına çıxarmaqla beynəlxalq aləmdə özünəməxsus yerini müəyyənləşdirdiyi müstəqil Azərbaycan son 29 ildə saysız-hesabsız uğurlara imza ataraq özünün intibah dövrünü yaşayır. Bu möhtəşəm uğurların davamlı olmasını ölkəyə artıq 19 ildir ki, rəhbərlik edən Prezident İlham Əliyevin müdrikliyi, mükəmməl siyasi strategiyası, misilsiz xidmətləri və onun etibarlı silahdaşı Birinci vitse-prezident Mehriban Əliyevanın böyük dəstəyi, eləcə də sarsılmaz xalq-iqtidar birliyi şərtləndirir.
Qeyd olunanlar deməyə əsas verir ki, ulu öndər Heydər Əliyev dünyaya örnək əsl lider olub. Bu isə böyük insana Azərbaycan xalqının ümummilli lideri adını qazandırıb. Buna görə də fədakar həyatı, çoxşaxəli fəaliyyəti və müstəsna xidmətləri ilə hələ sağlığında canlı əfsanəyə çevrilmiş dahi şəxsiyyəti millətimiz heç zaman unutmayacaq və onun əziz xatirəsini daim yüksək ehtiramla yad edəcək.
 
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar