Xəbər lenti
Deputat Müşfiq Məmmədli SDU-da tələbələrlə görüşdü - ŞƏKİLLƏR

Görüşün əsas məqsədi təhsil tələbə kreditləri ilə bağlı birgə məlumatlandırma işinin təşkili istiqamətində müzakirələrin aparılması və universitet ilə daha sıx əməkdaşlıq etmək imkanlarını nəzərdən keçirmək idi.
Manevr.az xəbər verir ki, öncə SDU-nun rektoru professor Elxan Hüseynov,Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev və Milli Məclisin deputatı Müşfiq Məmmədli universitetin foyesində ucaldılmış ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.

Tədbirdə Milli Məclisin Səhiyyə, Elm və Təhsil komitələrinin üzvü, deputat Müşfiq Məmmədli çıxış edərək ölkəmizdə aparılan gənclər siyasətinin uğurlu nəticəsindən danışaraq qeyd etdi ki, bu gün ölkədə gənclərə, o cümlədən ali təhsil müəssisələrində təhsil alan tələbələrə xüsusi diqqət göstərilir.
Maarifləndirmə məqsədilə keçirilən görüşdə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev TTKF-in fəaliyyət istiqamətləri, Fonda müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə geniş məlumat verdi.

Görüşdə elektron sistemin işləmə mexanizmi canlı nümayiş etdirildi, mövzuya dair suallar cavablandırıldı və səsləndirilən təkliflər dinlənilərək qeydə alındı.
Manevr.az




Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar