Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Paşinyanın kortejindən olan sürücü sərbəst buraxıldı

Tarix: 30-04-2022 06:55     Baxış: 3310 A- / A+
Paşinyanın kortejindən olan sürücü sərbəst buraxıldıİrəvanda hamilə qadını vuraraq öldürməkdə şübhəli bilinən Baş nazir Nikol Paşinyanın kortejinin polis əməkdaşı zaminə buraxılıb.

Bu barədə shamshyan.com saytı məlumat yayıb.

Mənbə bildirir ki, saxlanılan şəxs Ararat rayon sakini, 51 yaşlı polis mayoru Aram Navasardyandır.  Navasardyanın vəkili Ruben Baloyanın “Hetq”ə verdiyi məlumata görə, polisə qarşı Ermənistan Cinayət Məcəlləsinin 242-ci maddəsinin 2-ci (nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan ölümə səbəb olma) ilə ittiham irəli sürülüb.

Onun sözlərinə görə, Navasardyan hələlik ittihamlarla bağlı mövqeyini təqdim etməyib. Prosesi aparan orqan həbs üçün heç bir əsas olmadığına qərar verib və məhkəməyə vəsatət təqdim etməyib. Nəticədə təqsirləndirilən şəxs barəsində ölkədən kənara getməmək barədə yazılı iltizam qətimkan tədbiri seçilib.

Xatırladaq ki, aprelin 26-da hökumət kortejindən yol polisi maşını hamilə qadın, 28 yaşlı Sona Mnatsakanyanı vuraraq öldürüb. Hadisə Paronyan və Leo küçələrinin kəsişməsində baş verib. Avtomobilin sürücüsü dayanmadan hadisə yerini tərk edib. Lakin iki saatdan sonra o, geri qayıdıb və saxlanılıb. qafqazinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar