Xəbər lenti
Bu qazi maşın veriləndə xəstə, əlillik veriləndə sağlam olur... - Şəkil
Bizə yüzlərlə şəhid ailəsi müraciət edir. Evlərlə bağlı problemlər var. Ailə var ki, onlara şəhidin məzarından uzaqda mənzil təklif olunur, ancaq bildirirlər ki, mənzilin bahalı olmasını istəmirik, təki övladımızın məzarına yaxın olsun.
Bu sözləri Ağ Partiyanın sədri, şəhid Teymur Abbaslının qardaşı Tural Abbaslı Qadın Konsensus Mərkəzinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Şəhid ailələrinin sosial problemlərinin həllinə dair təşəbbüslər” layihəsi çərçivəsində aprelin 27-də baş tutan növbəti dəyirmi masadakı çıxışında deyib.
T.Abbaslı diqqətə çatdırıb ki, spesifik problem var:
“Qazi deyir maşın istəyirəm, ona bildirirlər ki, səndə kontuziya var, maşın sürə bilməzsən. Əlilliklə bağlı müraciət edəndə isə ona sağlam olduğu bildirilir. Qanunvericilikdə bununla bağlı boşluqlar var.
Bir şəhidimiz var, 7 qardaş-bacı, ata və ana zirzəmidə yaşayırdı. Övladlarının acısına dözməyən ata və ana dünyasını dəyişib. Həmin bacı -qardaşlar hazırda zirzəmidə yaşayır, onlara varislik verilmir və mənzil də təyin olunmur. Rus əsilli bir şəhidimizin də valideynləri yoxdur, bacısı ilə birgə yaşayırmış, heç bir şəhidlik imtiyazı ona tətbiq olunmur ki, bacının hüququ yoxdur.
Şəhid ailələrinə edilən yardım zamanı gəlinin şəhidin valideyni ilə birlikdə yaşayıb-yaşamadığı nəzərə alınmır. Ayrı yaşayan, birgə yaşayan, mübahisəli ailələr mövcuddur. Bu kimi real məsələlər çoxdur və həllini tapmalıdır”.
T.Abbaslı şəhid ailələrinə eyni binada, yaşayış kompeksində mənzil verilməsinə qarşı da çıxıb:
“Hamısı bir yerə toplanırsa, onlar cəmiyyətə necə adaptasiya olunacaqlar?! Oradakı uşaqların hamısının atası şəhid olub, onlar dərdlərini unuda bilməyəcəklər. Bu problemlər real şəkildə həll olunmalıdır. Eyni zamanda Birinci və İkinci Qarabağ müharibəsi şəhidi ayrı-seçkiliyi aradan qaldırılmalıdır. Bu həssas təbəqə ilə işləmək üçün hüquqi, praktiki təcrübəmiz yoxdur. Türkiyə təcrübəsindən yararlanmaq lazımdır, hazır imtiyaz paketləri, qanun layihələrini tətbiq etmək mümkündür. Yaşadığımız regionu nəzər alsaq, biz daim müdafiəyə hazır olmalıyıq. Ancaq azadlığımız və dövlətçiliyimiz uğrunda sağlamlığından, qanından, canından keçən insanlara qayğı göstərməsək cəmiyyət də laqeyd olacaq”.
Partiya sədri evin tək övladı olan şəhidlərimizin mövcudluğuna diqqət çəkib:
“Evin tək övladının döyüş bölgəsinə göndərilməsinin qarşısı alınmalıdır. Bu məsələlər kifayət qədər ciddi və dərindən araşdırılmalıdır. Hər ailənin, regionun spesifik problemləri var. Araşdırma aparandan sonra qanun layihələri hazırlanmalıdır. Bu məsələdə böyük kollektiv olmalıdır, bəlli bir maliyyə ayrılmalıdır. Bu, konseptual hala gətirilməlidir və hazırlanaraq paket halında Milli Məclisə təqdim olunmalıdır. Ailələrin əsas problemi yerində dinlənməlidir”.
Qeyd edək ki, Qadın Konsensus Mərkəzinin rəhbəri Aynur Camalqızı şəhid ailələrinin sosial problemlərinin öyrənilməsi yönündə həyata keçirdiyi layihə çərçivəsində dəyirmi masada səsləndirilən təkliflərin ümumiləşdiriləcəyi və təkliflər şəklində həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN), həm də Milli Məclisin müvafiq komitələrinə, eyni zamanda digər aidiyyəti qurumlara təqdim ediləcəyini bildirib. axar.az
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar