Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Qaçqınkom"la məcburi köçkünün ev davası: Hansı tərəf haqlıdır? - Şəkillər

Tarix: 25-04-2022 21:33     Baxış: 4207 A- / A+
1992-ci ildən Laçın rayonundan məcburi köçkün düşərək Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən "Gilavar" pioner düşərgəsində məskunlaşan şəxs narazıdır.

Bu barədə Oqtay İsmayılov bildirib ki, məskunlaşdığı ünvanda olan bina istismar müddətini başa vurmuş yararsız bir yaşayış yeridir:

"Bina yararsız olduğundan yağış və qar mənzillərimizə dolur. Binanın hər zaman uçmaq təhlükəsi var. Belə bir təhlükəli yerdə yaşamaq ölümlə hər an üz-üzə gəlməyə bərabərdir. Evin içərisindən dirək qoymuşuq ki, ev üstümüzə çökməsin.

Binanın dam örtüyü artıq üç ildir ki, çöküb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən binaya baxış keçirilib, hər an uçmaq təhlükəsi olduğu və burada yaşamağın qeyri-mümkün olduğu bildirilib".

O qeyd edib ki, FHN tərəfindən bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ("Qaçqınkom") müraciət edilib:

"Həmin Komitədən isə bizim yaxın zamanlarda Ramana qəsəbəsinə köçürülməyimizlə əlaqədar məktub göndərilib. Lakin hələ də bizə mənzil verilməyib. Burada hər zaman ölüm hadisəsi baş verə bilər".

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, Laçın rayonundan məcburi köçkün olan Oqtay İsmayılov altı nəfər ailə üzvü ilə birlikdə məcburi köçkünlərin sıx məskunlaşma obyekti olan Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən "Gilavar" düşərgəsində müvəqqəti qeydiyyatdadır:

"Onun müraciəti ilə əlaqədar olaraq, Dövlət Komitəsinin aidiyyəti şöbəsinin əməkdaşlarının oğlu Fərid İsmayılovla telefon danışığı zamanı məlum olub ki, o, valideynləri ilə birgə Suraxanı rayonu, Zığ şosesi ərazisində yerləşən fərdi mənzildə yaşayır. Həmin mənzilin kommunal xidmətləri də Oqtay İsmayılovun qızının adınadır.

Eyni zamanda, Oqtay İsmayılova Dövlət Komitəsinin boş mənzil fonduna uyğun olaraq, Şirvan, Ucar və Kürdəmir rayonlarında yerləşən yeni qəsəbələrdən mənzil təklif edilib, lakin o, bu təklifdən imtina edib.

Nəzərinizə çatdırırıq ki, Dövlət Komitəsinin mənzil fondunda boş yaşayış sahələri yoxdur, eyni zamanda, məcburi köçkünlər üçün yeni yaşayış sahələri inşa edilmir. Onlar üçün mənzillər bundan sonra yalnız işğaldan azad edilmiş ərazilərdə tikiləcək. Məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə mərhələli qaydada qayıdışı zamanı ilk növbədə ən ağır vəziyyətdə yaşayanlar yeni yaşayış sahələri ilə təmin olunacaqlar". oxu.az

Manevr.az 

"Qaçqınkom"la məcburi köçkünün ev davası: Hansı tərəf haqlıdır? - FOTO"Qaçqınkom"la məcburi köçkünün ev davası: Hansı tərəf haqlıdır? - FOTO

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar