Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Türkiyədə azərbaycanlı tələbənin döyülməsi ilə bağlı - Açıqlama

Tarix: 28-03-2017 15:13     Baxış: 3330 A- / A+
Türkiyədə azərbaycanlı tələbənin döyülməsi ilə bağlı


Doğrudur, Orxan il yarım bundan əvvəl müəllimi Fevzi ilə mübahisə etmişdi. Bununla bağlı o, mənim də qəbulumda olub. Onunla da, müəllimlə də danışmışam. Məsələ aydınlaşdırılıb və onlar barışıb.

Manevr.az xəbər veriri ki, bu sözləri Türkiyənin Sakarya Universitetinin xarici tələbələrlə iş üzrə prorektoru Musa Əkən azərbaycanlı tələbə Orxan İbrahimovun Universitetin mühafizə xidməti tərəfindən döyülməsi haqda axar.az-a danışarkən deyib. O, müəllimlə Orxan İbrahimov arasında olan mübahisənin heç də Azərbaycanın təhqir edilməsi üstündə olmadığını vurğulayıb:

“Aralarındakı mübahisə, Orxanın qeyd etdiyi kimi, Azərbaycan haqda müəllimin kəskin fikirləri ilə bağlı deyil, dərsə görə olmuşdu. Mühafizəçilərlə olan iddiasına gəlincə, bildiyiniz kimi, hazırda Türkiyədə teror hadisələri çox artdığı üçün biz giriş qapısında tələbələrdən tələbə biletləri ilə yanaşı, şəxsiyyət vəsiqələrini də göstərməyi tələb edirik. Orxan isə şəxsiyyət vəsiqəsini göstərməkdən imtina edib və mühafizəçilərlə arasında kiçik bir mübahisə yaranıb. Biz mühafizəçilərlə, hətta digər azərbaycanlı tələbələrlə də danışdıq, onların hamısı kiçik bir söz davası olduğunu dedilər. Yəni Orxanın dediyi kimi, döyülmək və ya qandallama söhbəti yoxdur. Mən şəxsən özüm 15 gündür ki, Orxanla əlaqə saxlamağa çalışıram. Amma o nə telefona cavab verir, nə də universitetə gəlir. Mən istəmirəm ki, bu, bizim Azərbaycana qarşı etdiyimiz qərəzli bir şey kimi ifadə edilsin. Qətiyyən! Biz burada azərbaycanlıları və türkləri ayırmırıq. Sadəcə, kim qanunlara uyğun hərəkət etməsə, onu cəzalandırırıq. Bu, istəyir azərbaycanlı olsun, istəyir türk”.

Orxanın İbrahimovla isə əlaqə yaratmaq mümkün olmayıb. Universitetdən verilən mobil nömrəsi cavablandırılmayıb.

Qeyd edək ki, Sakarya Universitetinin Siyasi məlumatlar fakültəsinin 3-cü kurs tələbəsi olan Orxan İbrahimov müəllimi F.Ş-nın onu təhqir etdiyini və Universitetin mühafizə xidməti tərəfindən döyüldüyünü iddia etmişdi. O.İbrahimovun Unikal.org-a bildirdiyinə görə, mübahisə onu və ölkəmizi təhqir etdiyi üçün yaranıb. “Mənim etirazımdan narahat olan müəllim təhlükəsizlik işçiləri çağırdı. Bundan sonra təhlükəsizlik əməkdaşları tərəfindən döyüldüm. Məni hər cür təhqir etdilər", - O.İbrahimov deyib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar