Sizin Reklam Burada
Xəbər lenti
09-11-2025
08-11-2025
BÜTÜN XƏBƏRLƏR

Rus oliqarx Kremli və ordunu yıxıb-sürüdü: "Generallar görsün ki..."

Tarix: 20-04-2022 21:25     Baxış: 3217 A- / A+
Rusiyalı milyarder, “Tinkoff” Bankın qurucusu Oleq Tinkov Rusiyanın Ukraynada apardığı müharibəyə qarşı çıxıb.

Rusiyanın ən zəngin adlarından biri, Qərbin sanksiya siyahısında olan rus oliqarx Oleq Tinkov İnstaqram hesabından verdiyi açıqlamada Kremlin Ukraynaya müdaxilə qərarını səhv adlandırıb.

Rus xalqının əksəriyyətinin Ukraynadakı müharibəyə qarşı olduğunu deyən 54 yaşlı Tinkov əlavə edib ki, bu çılğın müharibədən bir nəfər də olsun faydalanan görmür: “Əvəzində günahsız insanlar və əsgərlər ölür. Əlbəttə ki, Z hərfləri çəkən axmaqlar var, lakin hər ölkənin 10 faizi axmaqdır. Rusların 90 faizi müharibənin əleyhinədir”.

Tinkov daha sonra qeyd edib ki, Kreml rəsmiləri onların və ya uşaqlarının bu yay Aralıq dənizinə gedə bilməyəcəklərindən şokdadırlar: “İş adamları öz əmlaklarından qalanları xilas etməyə çalışırlar”.

Rusiyadakı “qohumbazlığı və yaltaqlığı” tənqid edən Tinkov deyib: “Səhər ayıq başla dura bilməyən generallar indi gördülər ki, onların ordusu necədir”.

Daha əvvəl Rusiyadan köçən Tinkov mesajının sonunda ingiliscə “Əziz Qərb, lütfən Putinə bir çıxış yolu verin ki, daha da rüsvay olmasın və bu qətliamı dayandırsın. Xahiş edirəm daha rasional və humanist olun”, - yazıb. musavat.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar