Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Qadınların Polis Akademiyasına qəbulu dayandırılıb - Rəsmi

Tarix: 19-04-2022 22:43     Baxış: 4234 A- / A+
Bir sıra KİV-lərdə və sosial şəbəkə səhifələrində qadın vətəndaşlarımızın Polis Akademiyasına, o cümlədən, polis orqanlarında xidmətə qəbulunun dayandırılması ilə bağlı iddialar yer alıb.

Məsələ barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin bölmə rəisi, baş leytenant Zeyni Hüseynov bildirib ki, hazırda daxili işlər orqanlarında qadın əməkdaşlar kişilərlə birlikdə çiyin-çiyinə xidmət aparırlar:

“Qadın paqondaşlarımızın böyük bir qismi Daxili Qoşunlarda, Əlahiddə Çevik Polis Alayında, istintaq, təhqiqat, kadrlar və yetkinlik yaşına çatmayanlarla iş, pasport-qeydiyyat, informasiya-kommunikasiya, statistika, mətbuat, beynəlxalq əməkdaşlıq, maliyyə, tibb, təhsil sahələrində, “102” və “Təhlükəsiz Şəhər” qurumlarında, “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərir, kişi həmkarları ilə bərabər cinayətkarlığa qarşı mübarizə, asayişin və təhlükəsizliyin qorunması kimi mühüm vəzifələri layiqincə yerinə yetirirlər”.

Nazirlik nümayəndəsi qeyd edib ki, hazırda qadın vətəndaşların Polis Akademiyasına qəbulu dayandırılıb:

“Amma bu, o demək deyil ki, qadın vətəndaşlarımız polis sıralarına qoşula bilməz. Qadın vətəndaşlarımız digər yerli ali təhsil müəssisələrini hüquq ixtisası üzrə bitirib polis orqanlarında xidmətə qəbul ola bilərlər”. qafqazinfo 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar