Xəbər lenti
Putin Buça qətliamını törədənlərlə bağlı QƏRAR VERDİ

Manevr.az xəbər verir ki, bu barədə sərəncam Kremlin saytında dərc olunub.
Ukrayna hakimiyyəti bildirib ki, təltif olunan bu briqadanın hərbçiləri Buça qətliamında iştirak ediblər.
Sənədin mətnində qeyd olunur ki, fəxri ad “silahlı münaqişələrdə Vətənin və dövlət maraqlarının müdafiəsi istiqamətində aparılan döyüş əməliyyatlarında briqadanın şəxsi heyətinin göstərdiyi kütləvi qəhrəmanlıq, şücaətə və mətanətə görə” verilib.
Həmçinin, “Buça qəssabı” adlandırdıqları şəxsin şəkillərini dərc edən “Anonymous” haker platforması Putinin təltif etdiyi 51460 saylı hərbi hissə, 64-cü ayrı-ayrı motoatıcı briqadanın (Xabarovsk ərazisi - red.) komandiri, polkovnik-leytenant Azatbek Omurbekov Asanbekoviçin Buça qətliamına görə məsuliyyət daşıdığını bildiriblər.
Ukrayna kəşfiyyatının məlumatına görə, aprelin 5-də Rusiyanın 35-ci birləşmiş ordusunun 64-cü motoatıcı briqadasının hərbçiləri Belarusun Mozır şəhərində olublar. Bundan əlavə, hərbçilər dəmir yolu ilə Belqoroda aparılmalı və iki günlük istirahətdən sonra, ehtimal ki, Xarkov istiqamətində döyüşlərdə iştirak etmək üçün Ukrayna ərazisinə qaytarılmalı idilər.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar