Sizin Reklam Burada
Xəbər lenti
23-10-2026
22-10-2026
BÜTÜN XƏBƏRLƏR

Rusiyanın ən iri desant gəmilərindən birinin komandiri Ukraynada öldürülüb

Tarix: 18-04-2022 22:08     Baxış: 3276 A- / A+
Rusiyanın Qara dəniz donanmasına məxsus ən iri desant gəmilərindən biri olan “Sezar Kunikov”un komandiri, üçüncü dərəcəli kapitan Aleksandr Çirva Ukraynada müharibə zamanı ölüb.

Bu barədə Sevastopol vilayətinin qubernatoru Mixail Razvojaev teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, A.Çirva döyüşlər zamanı gəminin ekipaj üzvlərinin həyatını xilas etməyə nail olsa da, özü ağır yaralanıb. Komandir aprelin 18-də Sevastopolda dəfn edilib.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri martın 29-da Berdyansk limanında Rusiyaya məxsus "Saratov" desant gəmisini məhv edib. Həmin vaxt daha iki iri desant gəmisi - “Novoçerkassk” və “Sezar Kunikov”un da zədələndiyi bildirilirdi. Məhz A.Çirvanın da həmin vaxt ağır yaralandığı ehtimal olunur.

Xatırladaq ki, A.Çirva Sevastopol şəhərində anadan olub. O, 2015 və 2016-cı illərdə Suriya döyüşlərində də iştirak edib. musavat.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar