Xəbər lenti
Hava qeyri-sabit olacaq - Xəbərdarlıq!

Sabah Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun yarımadada gecə 4-6° isti, gündüz 10-14° isti, Bakıda gecə 4-6° isti, gündüz 12-14° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 757 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90%, gündüz 60-70% təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı gölzənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 2-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
Xəbərdarlıq
Martın 28-də ölkə ərazisində hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Təqvim
« Oktyabr 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | 31 |
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar