Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Vəzifəsini itirəndən sonra Nazirlər Kabinetində işə götürülən məmurlar - SİYAHI

Tarix: 13-04-2022 17:30     Baxış: 4274 A- / A+
Vəzifəsini itirəndən sonra Nazirlər Kabinetində işə götürülən məmurlar - SİYAHI
Xəbər verdiyimiz kimi, bu gün Baş nazir Əli Əsədovun sərəncamı ilə Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmov Baş nazirin müşaviri təyin olunub. 
Manevr.az xəbər verir ki, Elman Rüstəmov vəzifədən azad olunandan sonra Nazirlər Kabinetinə (NK) təyinat alan ilk məmur deyil.
Vəzifədən azad olunduqdan sonra NK-ya təyinat alan məmurların siyahısını təqdim edirik:
  Əhməd Əhmədzadə
 
Elman Rüstəmovun qudası, uzun müddət Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri olmuş (2006-2021) Əhməd Əhmədzadə də 2021-ci ildə Əli Əsədovun sərəncamı ilə müşavir təyin edilib.
 Şahin Mustafayev

 On bir il ərzində (2008-2019) Azərbaycanın iqtisadiyyat naziri olmuş Şahin Mustafayev tutduğu vəzifədən azad olunduqdan sonra Azərbaycan Prezidentinin sərəncamı ilə Baş nazirin müavini təyin olunub. Rüfət Məmmədov

 Şahin Mustafayevin iqtisadiyyat naziri olduğu dövrdə onun müavini olmuş Rüfət Məmmədov da 2019-cu ildə işdən azad olunduqdan sonra NK-ya təyinat alan məmurlardandır. Belə ki, o, həmin il Baş nazirin sərəncamı ilə Nazirlər Kabinetinin Aparat rəhbəri təyin olunub. Musa Pənahov

 Uzun müddət nəqliyyat nazirinin, daha sonra isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini işləmiş Musa Pənahov da vəzifəsini itirdikdən sonra NK-ya təyin olunan məmurlardandır. Belə ki, Musa Pənahov Nazirlər Kabinetinin Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri təyin olunub. Natiq Məmmədov


 
 2011–2018-ci ildə Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədr müavini olan Natiq Məmmədov da NK-də vəzifəyə gətirilən rəsmilərdəndir. O, 2018-ci ildən Baş nazirin Sərəncamı ilə Nazirlər Kabineti Aparatının rəhbərinin müavini vəzifəsini icra edir. Hacıbala Abutalıbov 
  On yeddi il (2001-2018) Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri olmuş Hacıbala Abutalıbov da 2018-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Baş nazirin müavini təyin olunmuşdu. Lakin o, cəmi bir il sonra Prezidentin müvafiq sərəncamı ilə bu vəzifədən azad olunmuşdu.  İntiqam Babayev

  21 il gənclər və idman nazirinin müavini işləmiş İ. Babayev ötən ilin noyabrında bu vəzifədən uzaqlaşdırıldıqdan sonra Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş sektorunun müdiri təyin olunub. (qafqazinfo)

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar