Xəbər lenti
Qüdsi Osmanovun diplomat imitasiyasına inanmayın! - Aida Eyvazlı yazır...
Diplomat səlahiyyətinin nədən ibarət olduğunu bilməyənlərədir sözüm!
Söhbət ondan gedir ki, əsil diplomatlar öz işlərini görəndə bunu reklam etmirlər. Çünki hər addımları diplomatik olmalıdır. Bu gün ölkənin bəzi saytlarında birşoumen psevdodiplomat bir də ki, öz işini dövlətin və diplomatiyanın tələblərinə uyğun ləyaqətlə görən diplomatik nümayəndəliyimiz haqqında hərcayı fikirlər dolaşdı.Və dövlətimizin və dövlətçiliyimizin, milli birliyimizin maraqlarının qorunmasını əsas amalım sayan biri kimi bu məsələyə biganə qala bilmədim.
Ukraynanı Rusiya işğala başlayan gündən oradan qaçan insanlarımızın təxliyə olunması haqqında Azərbaycan dövləti yerüstü təxliyəni Anakaradakı diplomatik korpuslarımıza tapşırdığını hamımız bilirik. Həmin gündən etibarən də Ukraynadan Türkiyə tərəfə gələn insanlarımızın 10-minə yaxını məhz Türkiyədəki diplomatik korpuslarımızın və nümayəndəliklərimizin əməyi hesabına həyata keçirildi.
Moldovaya avtobusları da Türkiyədəki diplomatlarımız göndərdilər. Həmin avtobuslarla qayıdan vətəndaşlarımızı da qeyri vətəndaşlarımızı da Ankaradakı səfirliyimiz və İstanbuldakı konsulluğumuz qarşılayıb bu günə qədər yola salıblar.
Onların təyyarə biletləri, onların yeyib-içməkləri, onların xəstəxanaya yerləşdirilməsinin hamısı Azərbaycanın vəsaiti ilə, Türkiyədəki diplomatlarımızın hesabına həyata keçirilib. Və bu haqda bu günə kimi Türkiyədəki diplomatlarımız bir şəkil və ya video belə paylaşmayıblar. Çünki onlar bilirlər ki, bu bəlaya düçar olmuş insanların dərdlərindən şou düzəltmək olmaz. Üzərlərinə Azərbaycan dövlətinin və dövlət başçısının qoyduğu vəzifəni icra edirlər.
Avtobusun qabağında balaca uşağı əlinə alıb şou düzəltmək diplomatlıq deyil, artistlik və şoumenlikdir.
Və bir də ki, bu gün bəzi saytlarımızda sürətlə tirajlanan Ankara səfirliyimizi qınayanlaradır sözüm. Mən o 80 nəfərin bir neçəsi ilə artıq əlaqə saxlaya bildim.
Məlum oldu ki, bu Qüdsi Osmanovun yeni şousudur.
Adam deyərlər ki, əgər siz Moldovada səfirsinizsə, dünyanın bu qarışıq vaxtında niyə postunuzu qoyub İstanbula və ya Bakıya gəlirsiniz?
Moldovadan sonuncu olaraq yola salınan 80 nəfərin təyyarə biletinin alınması, onların yola düşməsi üçün şəraitin yaradılmasını Moldovada olan səfir hansı səlahiyyətlə həyata keçirə bilər ki? Bütün diplomatik qayda və nizamnaməyə görə bu işi həmin ölkədəki diplomatik nümayəndəlik həyata keçirir.
Bu diplomatın ölkəmizə qarşı təxribatları birmir ki, bitmir. Bu psevdodiplomatın işi-gücü saxta rekalm və dövlətlər arasında gərginlik yaratmaqdan ibarətdir. Rusiyanın hansısa şəhərində keçirilən bir tədbirdə bir azərbaycanlını əlinə mikrofon alıb, Qüdsi Osmanovun çıxışını dayandıraraq, “Ona söz verməyin, o namusuz adamdır...”- deyib, yanında gətirdiyi 15 yaşlı Aybəniz Səmədzadəni göstərməsi videosunu xatırlayırsınızmı?
Gah da Rusiyanın işğal etsiyi Krıma səfər edib. O Krıma ki, Azərbaycan Dövləti onun müstəqilliyini tanımır. Səfir Q.Osmanovun Krıma səfərindən sonra Ukraynada onun barəsində cinayət işinin başladılır. Söhbət hansısa adi vətəndaşdan yox, Azərbaycanı Moldovada təmsil edən diplomatdan gedir.
Azərbaycanın Moldovadakı səlahiyyətli və fövqəladə səfiri Qüdsi Osmanovun bu qanunsuz səfərlərini izləyəndə istər-istəməz ağlıma belə bir fikir gəlir: Q.Osmanovun Ukraynaya səfərindən Azərbaycan XİN-in xəbəri olubmu? Və yaxud da səhər tezdən Bakıdan hövlanak İstanbula uçub gəlib İstanbul aeroportunda Türkiyədə fəaliyyət göstərən Azərbaycan dipılomatları tərəfindən biletləri alınan vətəndaşlarımızla şəkil çəkdirnəkdə, diplomatın fikri nədir görəsən? Yəqin ki, ondan bu gərginliyi niyə yaratdığını soruşan olacaq.
Bu gün Qüdsi Osmanovu qəhrəman kimi təqdim edən sayt rəhbərləri və media kapitanlarından isə soruşuram ki, Ukraynadan yola çıxıb müxtəlif ölkələrdən Türkiyəyə gılib, sonra, oradan Azərbaycana yola salınan 10 minə qədər soydaşımızın və ya qeyri sotdaşımızın içərisində bu günə qəddər narazı və şikayətçi olduğu haqında xəbər eşidiblərmi?
Ona görə də Qüdsi Osmanovun diplomat imitasiyasına inanmayın!!!
Aida Eyvazlı
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar