Xəbər lenti
Müəllimlərin onlayn müsahibələrinin nəticələri bilindi

Ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə keçirilən onlayn müsahibələrin nəticələri məlum olub.
Təhsil Nazirliyindən verilən məlumata görə, müsahibələrdə iştirak edən 1228 namizəddən 1035 nəfəri uğur qazanaraq müddətli müqavilə əsasında çalışdıqları məktəbə 2020-2021-ci tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi ilə təyin olunmaq hüququ qazanıb. Müsahibə nəticələri barədə məlumat yaxın saatlarda namizədlərin şəxsi səhifəsinə göndəriləcək.
Qeyd edək ki, onlayn müsahibədə iştirak etməyən namizədlərin avqust ayında ənənəvi müsahibədə iştirak hüququ saxlanılır. Eyni zamanda onlayn mərhələdə uğur qazanmamış namizədlərə ənənəvi müsahibələr keçirilən zaman apelyasiya müraciəti etmək imkanı yaradılacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar