Xəbər lenti
1 bala görə müəllimləri narazı salmaq düzgün deyil
50 bal toplayan müəllimlərin bir çoxu 1 bala görə əmək haqqlarına 35 faiz əlavə olmamasını ədalətsizlik kimi görür, daha aşağı nəticə göstərən müəllimlər ilə eyni mövqeyi tutmalarına görə narazılıqlarını bildirirlər.
Bəs həqiqətən də sertifikasiyadan 50 bal toplayan müəllimlərin maaşlarının 35 faizlik artım olmaması ədalətsiz yanaşmadır?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən tanınmış təhsil eksperti Nadir İsrafilov bu mövzunun zaman-zaman müzakirə edildiyini vurğulayıb:
“Balların bölgü məsələsi bir müddət əvvəl də müzakirə predmetinə çevrilmişdi. Və buna birmənalı cavab verilməmişdi. Düşünürəm ki, buna cavab vermək mümkün deyil. Əgər bir bal söhbəti olmasa, çox müəllimin əmək haqqı artırılacaqdı. Hər halda 51 bal həddir. Proses belə qəbul olunub. Mən də hesab edirəm ki, 1 bala görə müəllimləri narazı salmaq düzgün deyil. Amma həmin balı 52,53,54 və s. Qaldırsalar, yenə müəllimlərin narazılığına səbəb olacaq.
Neçə illərdir, təhsil sahəsi ilə bağlı islahatlar aparılır. Bu illər müddətində tətbiq olunan elə bir dəyişiklik yoxdur ki, cəmiyyət içərisində birmənalı qarşılansın. Mütləq əks fikirlər, mövqeylər ortaya çıxır. Çünki məntiqdə də belə bir şey var ki, nəyin düz, nəyin səhv olduğunu sübut etmək çox çətindir. Bir məsələyə hər kəsin öz şəxsi yanaşması olur”.
İsrafilov tətbiq olunan qaydaların narazılığa səbəb olmaması üçün çıxış yolu irəli sürüb:
“Düşünürəm ki, əks fikirlər olmalıdır. Ona görə də, bu cür məsələləri Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq qaydalar əsasında normallaşdırırıq. Çünki bu kimi qaydaları hər kəsin şəxsi fikrinin öhdəsinə qoysaq, şübhəsiz ki, doğru olmaz. Məsələnin mahiyyəti ondan ibarətdir ki, insanlar arasında müxtəlif yanaşmalar əmələ gəlməsin deyə, ümumi müzakirələr aparılmalıdır. Və bu müzakirələr əsasında qaydalar, qanunlar formalaşdırılmalıdır. 1 il müddətində təhsil qanununda çox dəyişiklik oldu. Çünki bu qaydalar ümumxalq millətinin razılığı ilə həyata keçirilməyib. Hansı ki, təhsil təkcə dövlət işi deyil. Bu ümumi bir məsələdir. Ona görə də , bayaq da qeyd etdiyim kimi, qərar qəbul olmadan öncə mətbuatda geniş şəkildə yayılmalı, müzakirə olunmalı, hər dövlətin, həm də xalqın təsdiq etdiyi şəkildə qəbul olunmalıdır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar