Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Parlaq zəka sahiblərinin milliyəti olmur”

Tarix: 13-03-2023 20:33     Baxış: 3268 A- / A+

“Ağlım mənə deyil, dünyaya aiddir.”
Artur Şopenhauer

Fəlsəfə tarixinin ən tanınmış alimlərindən biri  olan alman filosof Artur Şopenhauer deyirdi ki: “Ağlım mənə deyildünyaya aiddir.” Təlim - tərbiyə sahəsinin parlaq zəka sahiblərindən biri də rəhbərlik etdiyi uşaq koloniyasında böyüyən 3000-nə yaxın bir zamanların azyaşlı cinayətkarların sonralar mühəndis, müəllim, həkim, aktyor, rəssam, hüquqşünas və jurnalist olmağa yönəltməyi bacaranSovet məktəb və pedaqoji fikrin ən məşhur siması doğum gününü bu günə təsadüf olunan Anton Makarenko idi.  Uzun illər Regional Xalq Təhsili Direktoru, sonralar öz xahişi ilə Pavliş şəhərində buradakı orta məktəbin direktoru olub və ömrünün sonuna qədər bu vəzifədə çalışan təhsil sisteminin əsas təməlini təhsilə mənəvi yanaşmanın təşkili barədə sistem yaradan Vasili Suxomlinski Makarenko haqqında yazırdı: “   “Mən min dəfə əminəm ki, bizim məktəbdə canlı və yaradıcı nə varsa, hamısı A.S.Makarenkonun övladıdır”.
Məktəbdən, təlim-tərbiyə işinin təşkilindən danışarkən  Makarenkonun fəaliyyətindən yan keçmək olmur. Əslən ukraynalı olan Makarenko sovet pedaqoqu sayılsa da, onun pedaqoji irsi SSRİ hüdudlarını aşmış, İngiltərədə, Hollandiyada, İtaliyada, Danimarkada Finlandiyada, Yaponiyada və digər ölkələrdə öyrənilərək tətbiq edilmişdir. Üstündən bir əsr keçməsinə baxmayaraq Makarenkonun təməli qoyduğu pedaqoji irs müasir məktəblərdə tətbiq olunur, uşaq oyunlarının təlim prosesində istifadəsi onun adı ilə bağlıdır. Dahi pedaqoqa görə uşaq oynamaqla məşğul olduqca xəyal və fantaziyasının müəyyən pilləsinə yaxınlaşır. Uşaq həyatının özü oyun olmalıdır və siz onunla oynamalısınız. Bu pedaqoji oyundur-ciddi, həqiqi, işgüzar oyundur. Bu oyun onun həyatını gözəlləşdirir.Müvəffəqiyyətsiz tərbiyə olunmuş uşaq hər şeydən əvvəl özü bədbəxtdir, həm də valideynləri bədbəxt edir. Bu, dərddir, amma düzgün tərbiyə - xoşbəxtliyin təşkil olunması deməkdir. Ona görə belə işə mümkün olan qədər qüvvə sərf etmək lazımdır.
İnsanı tərbiyə etməyin müvəffəqiyyəti kiçik yaşında – beş yaşınadək müəyyən olur. İnsanın gələcəkdə necə olması əsasən onu beş yaşına kimi necə tərbiyə etmiş olduğunuzdan asılıdır. Siz beş yaşınadək lazım olduğu kimi tərbiyə etməsəniz, sonra yenidən tərbiyələndirmək lazım gələcəkdir. Adama belə gəlir ki, beş yaşınadək uşağın həyatında nə böyük hadisə ola bilər? Valideynlərə elə gəlir ki, hər iş öz qaydasında gedir. On-on bir yaşında isə hər şey gözlənilmədən pis tərəfə dəyişir və yaramaz tərbiyə öz acı məhsulunu göstərməyə başlayır. Valideynlər isə axtarırlar – görəsən, uşağı kim korlamışdır? Halbuki uşağı onlar özləri birinci ildən başlayaraq beşinci ilədək müntəzəm surətdə korlayıblar.
 Makarenkonun pedaqoji ideyasının əsasını kollektivdə, kollektiv vasitəsi ilə, kollektiv üçün tərbiyə prinsipi təşkil edirdi. O, düşünürdü ki, pedaqoqların qarşısında duracaq məqsəd kollektivi təşkil və tərbiyə etməkdir. O, düşünürdü ki, kollektiv nail olmaq istədiyi hədəfə çatdıqda, yeni hədəfə çatmağı qarşıya məqsəd qoymalıdır. Yoxsa kollektivin fəaliyyəti tükənər, onda bir rahatlanma baş verər və onun üzvlərini ruhlandıran arzu və istək olmaz. Makarenko tərbiyədə "paralel təsir" prinsipi əsas yerlərdən birini tutur. “Məktəb dövlət təşkilatıdır, ailə isə məişət təşkilatıdır, ona görə məktəb, dövlət tərbiyəsinin müvəkkili kimi, ailə tərbiyəsinə təsir etməlidir”. Makarenko həmişə uşağın şəxsiyyətinə bədbincəsinə baxan, onda mənfi sifətlər axtaran, onun islaholunmaz olduğunu iddia edən qaraqabaq müəllimlərə qarşı çıxırdı.
Üzünü valideynlərə tutaraq Makarenko deyirdi: ”Ən düzgün, ağılla düşünülmüş pedaqoji üsullar, əziz valideynlər, həyatınızın ümumi tonusu pis olarsa, heç bir faydası olmayacaq. Onu öz həyatınız və öz davranışınız yaradır. Uşaqlarımız – bu, bizim qocalığımızdır. Düzgün tərbiyə  xoşbəxt qocalığımız, pis tərbiyə gələcək dərdimizdir, bunlar göz yaşımızdır, bu bizim başqa insanlar qarşısında, bütün ölkə qarşısında günahımızdır. Hörmətli valideynlər, ilk növbədə, siz bu işin böyük əhəmiyyətini, ona olan böyük məsuliyyətinizi həmişə xatırlamalısınız. Hər şey tərbiyə edir: insanlar, əşyalar, hadisələr, lakin ilk növbədə və hər şeydən əvvəl insanlar. Bunlardan birinci yerdə valideynlər və müəllimlər dayanır. Valideyn sevgisi olmadan böyüyən insanlar çox vaxt şikəst insanlara çevrilir.Sevginin özünü də təşkil etməyi bacarmaq lazımdır, o, göydən düşən bir şey deyildir. Təşkilatçılıq səyi göstərmədən sevmək olmaz.”
Məntəlimvə tərbiyəninvəhdətinə dairbəzimülahizələrimibölüşərkəndəfələrlə qeydetmişəmki, müasirdövrümüzdə tərbiyə məsələləri öz əvvəlkimahiyyətini, dəyərinivə aktuallığını itirməsinin.ənbaşlıca səbəblərdən biri tərbiyə, təhsil, təlim və şəxsiyyətin vəhdətini özündə ehtiva edən pedaqoji prosesin təlim, tərbiyə və tədrisin forma və metodlarını öyrənən pedaqogika elmindən ayrı düşməsidir.Əgər desəm ki, bu gün dünya təhsilinə öz layiqli töhfələrini verən pedaqogika nəhəngləri - K. Uşinski, Y. Komenski, V. Suxomlinski, İ. Pestalossi A. Makarenko, dünya miqyaslı postmodernistlər - Con Dyui, Hovard Qardner, Maykl Oukşot, Con Qudled, Martin Haydeqqer, Xuan Orteqa, və bir çox digər görkəmli təhsil nəzəriyyəçilərini nəinki, pedaqoji universitet tələbələri, hətta bir çox təşrübəli müəllimlər belə lazımınca tanımır – o qədər də heyrətə gəlməyin.
Halbuki, məşhur çex pedaqoqu Yan Amos Komenskinin hesabına müasir uşaqlar parta arxasında əyləşir,  qiymət alır və ev tapşırıqlarını yerinə yetirirlər. İndividual tədrisi, sinif-dərs tədrisi sistemini dəyişən, uşaqların 6 yaşından təhsilə cəlb olunmasını, həmçinin müntəzəm şəkildə təhsil müəssisəsinə getməyini, şagirdlərin bilik səviyyəsinin ölçülməsini təkid edən məhz Komenski olub.Komenski bu gün də dərs sisteminin banisi hesab olunur.Konstantin Uşinski mükəmməl didaktika sistemi yaradıb. Bu sistemdə təhsilin məzmununa dair prinsipial məsələlər açıqlanıb.Digər dahi pedaqoqlardan da belə ibratəmiz faktlar barədə kifayət qədər nümunələr gətirmək olar.Müəllimlərimiz, tələbələrimiz   bunları niyə bilməməlidir ki...?
 
Nadir İsrafilov
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar