Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Səxavət Ənvəroğlu “Məni bağışla” dedi - YENİ KİTAB

Tarix: 05-04-2022 21:37     Baxış: 3471 A- / A+
Azərbaycan Jurnalistlər Birliyinin üzvü Səxavət Ənvəroğlunun “Məni bağışla” adlı növbəti şeirlər kitabı “Tiçprint” nəşriyyatında işıq üzü görüb. 
Qubada fəaliyyət göstərən A.A.Bakıxanov adına “Gülüstan” elmi-ədəbi məclisinin və Xaçmazda fəaliyyət göstərən “Ulduzlar” ədəbi məclisinin üzvü olan S.Ənvəroğlunun şeir və yazıları vaxtaşırı dövri mətbuatda dərc edilir. 
Bu kitabda 44 günlük 2-ci Qarabağ müharibəsində hər gün yeni zəfərlərini səbirsizliklə gözlədiyimiz şanlı ordumuzun qazandığı ugurlardan, qazilərimizin döyüş yollarındakı rəşadətdən, canlarını Vətən uğrunda qurban verən şəhidlərin müqəddəs ruhuna ehtiramdan yaranan şeirlər geniş yer tutur. 
Şair dün­yanın faniliyinə, təlatümlərinə, sirlərinə, həyatın eniş-yoxuşuna da biganə deyil. Sevgidə etibarı əsas tutan müəllifin dəniz, dənizçilik həyatı ilə bağlı şeirlərində amansız fırtınalarda yaşadığı duyğular canlandırılır. 
Torpaq, yurd, təbiət sevgisi, ata-anaya, böyüklərə hörmət isə şairin yaradıcılığının əsas xəttini təkil edir. 
Kitaba həmçinin şairin atası Ənvər Seyidməmmədovun 1952-1955-ci illərdə, hərbi xidmətdə olarkən yazdığı və ondan yadigar qalan ilk və son 11 şeiri daxil edilib.
Kitabın redaktoru Bakı Dövlət Universitetinin dosenti, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Anar Məmmədov, rəyçisi Dövət Pedaqoji  Universitetinin Quba filialının baş müəllimi, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvi, “Araz” və “Qızıl qələm” mükafatları laureatı Şixəmməd Seyidməmmədovdur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar