Xəbər lenti
"Palitra" ədəbi klubunun növbəti addımı

Bölmənin sədri İsmayıl İmanzadə ilk öncə “Ədəbiyyat qəzetinin“ 03 mart 2022-ci il tarixli sayının iki səhifəsində, “Mingəçevirli yazarların söz töhfələri” başlığı altında şeir və nəsr nümunələri dərc olunan 13 nəfər yazar həmkarını təbrik etdi. Sonra isə bölmənin xəttiylə yaxın aylarda çap olunması nəzərdə tutulan almanaxın (sayca dördüncü) nəşrə hazırlığı ilə bağlı görülən işlər barədə məlumat verdi.
Bölmə rəhbəri həm istedadlı şair qismində, həm də maraqlı rəsm əsərləri müəllifi kimi çoxlarını valeh etməyi bacaran Elşən Əzimin, eyni zamanda qələmə aldığı şeirləri ilə yanaşı, ağac və daş parçalarından düzəltdiyi nümunələrlə də tanınan Bəhman Gülövşəlinin Mingəçevir şəhər Rəsm Qalereyasında sərgilərinin keçirilməsinin vacibliyini də qeyd edərək, bildirdi ki bu önəmli iş öz təşəbbüsümüzlə aprel ayının ikinci ongünlüyü ərzində həyata keçiriləcəkdir.
Çıxışının sonunda İsmayıl İmanzadə ölkə Prezidentinin müvafiq sərəncamı ilə bağlı klassik Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Xurşid Banu Natəvanın anadan olmasının 190 illiyi ilə əlaqədar AYB Mingəçevir bölməsinin təşkilatçılığı ilə sözlü-nəğməli yubiley gecəsini keçirilməsinin də vacibliyindən söz açdı.
”Palitra” Ədəbi Klubunun həmsədrləri-Zahid Qasımlı, Eyyub Rəşidov, yazarlardan Bəhman Gülövşəli, Namiq Zaman, Rəşid Rəsulov və başqaları təklifi ürəkdən dəstəklədiklərini bildirdilər. Yeddi nəfərdən ibarət yubiley komissiyası yaradıldıqdan sonra, tədbirin bu il may ayının 5 və yaxud 10-da şəhər ictimaiyyətinin iştirakı ilə keçirilməsi qərara alındı. Bu önəmli məsələ ilə ilgili hazırlıq işlərinin görülməsi üçün yubiley komissiyası üzvlərinə bir sıra tapşırıqlar verildi.
Sonda yerli yazarlardan Namiq Zaman, Rəfael Dəmiroğlu və Eyyub Cabbaroğlunun oxuduqları yeni şeirlər də maraqlar qarşılandı və “Paltra”ya əlvan çalarlar qatmaq baxımından hamıya xoş ovqat hissi bəxş etdi. Tədbir başa çatanda yazarların bir qismi ilə xatirə şəkilləri çəkildi.



Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar