Xəbər lenti
İlk dəfə olaraq “Kəlniyyət” və “Məşəl” satirik jurnalları transfoneliterasiya edilərək yeni əlifbada nəşr edilib

Hər iki jurnalın elmi redaktoru AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylidir. Oxuculara təqdim olunan satirik jurnallar ərəb qrafikalı əlifbadan transfoneliterasiyadır. Satirik jurnalları ərəb qrafikasından transfoneliterasiya edən, biblioqrafik göstərici, qeydlərin müəllifləri, lüğət və tərtib edib çapa hazırlayanlar filologiya elmləri doktoru, professor Vüqar Əhməd və böyük elmi işçi, mətnşünas Dilbər Rzayevadır. “Kəlniyyət” toplusunun (Bakı, 2022, “PrintME” nəşriyyatı) rəyçiləri filologiya üzrə fəlsəfə doktoru, dosent Elmira Qasımova və AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, mətnşünas Mustafa Mailoğludur. “Məşəl” komplektinin rəyçiləri isə filologiya elmləri doktoru, professor İslam Qəribli və filolgiya üzrə fəlsəfə doktoru, dosent Rauf Sadıxovdur. Jurnallarda həmin dövrün ictimai-siyasi, ədəbi və mədəni hadisələri ilə yaxından tanış olmaq mümkündür. Jurnalların komplektlərindən ədəbiyyat, mətbuat tariximizin araşdırmaçıları, doktorant, dissertant, magistr və bakalvr təhsili alan filoloqlar faydalana bilər. Toplular geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Gülnar Səma Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, İctimaiyyətlə əlaqələr şöbəsi

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar